Hansı alimlərə ev veriləcək?
AMEA şərtləri açıqladı: «Ancaq onlar ala bilər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Unudulmaz Əlibala Hacızadə
Yazılarımızın ilk oxucuları özümüzdük
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
Elmi institutların taleyi necə olacaq?
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
-
Elmin gerçək üzü ...
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
-
AMEA bağlanmalıdırmı?
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
Elmi ad almaq istəyən alverçi
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
-
Məslək şəhidi ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
-
“AMEA bizə lazımdırmı?”
Azərbaycan elminin aqibəti: necə olacaq?
-
“Əlimdən gələni edəcəyəm”
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
-
“Mən ciddi adamam”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
-
İstefa ərizəsi sabah təqdim olunacaq
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
-
“Bu gün...”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
-
Yustinian vaqeəsi kabusu
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
-
Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
-
“Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) «Alimlər şəhərciyi»ndəki mənzillər yalnız Akademiyanın nəzdindəki mövcud elmi təsisatlarda işləyən əməkdaşlara veriləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov deyib.
Onun sözlərinə görə, «Alimlər şəhərciyi»ndəki mənzillərin əsasən xidməti olacağı nəzərdə tutulur. Yəni mənzillər yalnız AMEA-nın elmi təsisatlarının əməkdaşlarına veriləcək: «Şəhərcik tikiləndən sonra müvafiq komissiya yaradılmalıdır. Komissiya mənzillərin təqdim olunacağı şəxslərın siyahısını tərtib etməlidir. Sonra həmin siyahı AMEA-nın Rəyasət Heyətində müzakirə olunacaq. Rəyasət Heyəti konkret qərar qəbul etdikdən sonra mənzillər AMEA-nın əməkdaşlarına təqdim olunacaq».
Qeyd edək ki, mövcud qanunverciyiliyə əsasən, xidməti mənzillər orada yaşayan vətəndaşlar tərəfindən satıla və ya başqasına hədiyyə edilə bilməz.
Şöbə müdiri bildirib ki, mənzillərin konkret olaraq ümumən kimlərə verilməsi, bu vaxt alimlərin elmi stajının, onların vəzifə və dərəcələrinin nəzərə alınıb-alınmaması ilə bağlı konkret meyarlar hələ müəyyən edilməyib.
S.Hüseynov onu da əlavə edib ki ki, «Alimlər şəhərciyi»nin layihəsi və yeri bəlli olsa da, onun tikintisi üçün nə qədər maliyyə vəsaitinin sərf olunacağı bilinmir. Bununla bağlı hər hansı tikinti şirkəti ilə də müqavilə bağlanmayıb. Hazırda bu məsələlərlə əlaqədar Rəyasət Heyətində müzakirələr aparılır.
Qeyd edək ki, çoxmənzilli yaşayış binalarından ibarət olacaq «Alimlər şəhərciyi» Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Artıq şəhərciyin maketi də hazırdır. Maketdən görünür ki, şəhərcikdə hər biri təkbloklu olmaqla 7 binanın tikilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki («Azad Azərbaycan» teleradio şirkətinin binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri tərəfindən inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.