Nazirlikdən «Sovetski» açıqlaması
«Sakinlərə ən yuxarı hədd təklif olunur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
Proqnozları alt-üst edən hərrac
Dövlət istiqrazlarına maraq kəskin artıb
-
Lazımsız layihələrdən imtina
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
-
Manat yerləşdirmək üçün daha bir fürsət
Hərrac olacaq
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
Daha iki min ailə köçürüləcək
«Sovetski»də növbəti proses başlanır
-
Hərrac keçiriləcək
Satışa 20 milyon manatlıq istiqraz çıxarılır
-
Maliyyə Nazirliyi tender elan edir
Poliqrafiya şirkətlərinin nəzərinə...
-
İcra hakimiyyətlərində yeyinti aşkarlanıb
DİN və Baş Prokurorluğa siyahı göndərilib
-
«Yasamalın icra başçısı özbaşınalıq edib»
Prezidentin köməkçisi İbrahim Mehdiyevlə bağlı sərəncama aydınlıq gətirdi
-
«Topaz»ın vurduğu qapaz
Qumarın Gənclər və İdman Nazirliyinə nə aidiyyəti var?
-
880 nəfər imtahana gəlməyib
Sınaq imtahanlarının nəticələri açıqlandı
-
Prezident Yasamalda yeni yolların açılışını etdi
Birinci mərhələ sona çatmaq üzrədir, ikinci mərhələdə isə ...
-
Dövlət qurumlarındakı «ölü canlar»
...Onları kim himayə edir...
-
Məmurlar «Sovetski» layihəsini necə batırdı
3 ildir 15-ə yaxın ailəyə kompensasiya ödənilmir və onların köçürülməsi təmin olunmur
Maliyyə Nazirliyi Bakıda «Sovetski» adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib. Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Modern.az-a bu haqda deyib:
«Məlum olduğu kimi, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır.
«Sovetski» adlandırdığınız əraziyə gəlincə bildiririk ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun 21 fevral 2014-cü il tarixində mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycan Respublikasında qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunmuşdur. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınmışıdır.
Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Belə ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünkü şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır.
Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar.
Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd —1500 manat təklif olunur.
Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb».