Dövlət qurumlarındakı «ölü canlar»
...Onları kim himayə edir...
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 il sonra hansı ixtisaslar olacaq?
“Boloniya” sistemi tədrisin təşkilinin formasıdır, məzmun və metodika deyil
-
Abituriyentlər üçün kitabda I sinif sualları
Dünyadakı inkişafla ayaqlaşmayan DİM urvatsız testlərin tərtib edir
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
“Vaxt uzadılmayacaq”
DİM-dən xəbərdarlıq
-
Dövlət qulluğunu şikəst edən DİM
Qəbul imtahanlarında köməkçi sözlər üzərində qurulan “test tapşırıqları” və “sertifikat biznesi”
-
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
-
DİM hamını aldadıb?
Abituriyentlərin 700 bal toplaya bilməmə sirrinin açılması qalmaqal yaradıb
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
Proqnozları alt-üst edən hərrac
Dövlət istiqrazlarına maraq kəskin artıb
-
Lazımsız layihələrdən imtina
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
-
Manat yerləşdirmək üçün daha bir fürsət
Hərrac olacaq
-
Hərrac keçiriləcək
Satışa 20 milyon manatlıq istiqraz çıxarılır
-
SAT - rüşvətlə alınmır
Qocaman alimdən Təhsil Nazirliyinə və DİM-ə mükəmməl imtahan sistemi təklifi
-
Belələrinə də şans verilməlidir
XXI əsrdə universitetlərinin pəncərələrindən səhərə qədər işıq gələn cəmiyyətlər irəli gedəcək
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Bu gün yaşamaq üçün işləmək mütləqdir. Kiminin çörəyi daşdan, kimininki qələmdən, başqa birininki xəstəlikdən, digərininki... Bu siyahını istənilən qədər uzatmaq olar. Hətta hər ay sadəcə qol çəkməklə maaş alanlara qədər...
Bəli, dövlət qurumlarında əmək haqqını müdir və işçi arasında bölən «ölü canlar»ın varlığından xəbərimiz yox deyil. Xüsusilə dövlət büdcəsinin qənaətli xərclənməsilə bağlı ölkə səviyyəsində atılan addımlardan sonra bu cür neqativ halların hələ də mövcud olması ciddi məsələdir. Qısası, bəzi dövlət qurumlarında hələ də «ölü canlar» «işləyir»...
Məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Azərbaycanda ildən-ilə maliyyə nəzarət mexanizmi güclənir:
«Maliyyə Nazirliyi xəsislik edir»
«Maliyyə Nazirliyi tərəfindən dövlət orqanlarına ştatların verilməsinə sərt yanaşlamar mövcuddur. Hər hansı ştatın alınması ilə bağlı çoxsaylı müzakirələr həyata keçirilir. Hətta deyərdim ki, Maliyyə Nazirliyi bu sahədə xəsislik edir. Veriləcək vəsait çox ciddi surətdə hesablanır. Ona görə də dövlət qurumlarında «ölü canlar»ın saxlanması azalıb. Bütövlükdə vakansiyalar elan edilir və Dövlət İmtahan Mərkəzinə təqdim edilir. Bu baxımdan «ölü canlar»ın saxlanması təhlükəlidir. Həm də nəzərə alaq ki, bu gün texniki vəzifələrə belə, işçilər müsabiqə yolu ilə qəbul edilir. Ona görə də son illər dövlət qurumlarındakı «ölü canlar»ın sayında azalmalar müşahidə olunur. Doğrudur, əvvəllər dövlət qurumlarının əksəriyyətində «ölü canlar» olub. Amma son illər prosesə yeni yanaşma tətbiq edilir. Ona görə də inanmıram ki, dövlət orqanında yüksək vəzifə tutan şəxs bu cür risklərə getsin».
«Ölü canlar» hələ də «yaşayır»
Hüquqşünas bununla belə, bəzi dövlət orqanlarında hələ də «ölü canlar»ın qalmasını istisna etmir: «Hər bir halda, xüsusilə də medianın məsələyə həssas yanaşdığı bir vaxtda bu işi gizli saxlamaq çox çətindir. Hazırda «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna əlavə və dəyişikliklər edilib. Qanuna daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, korrupsiya hallarına yol verilməsilə bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında müddəalar daxil olunub. Bu üzdən də sadaladığım yeniliklər neqativ halların saxlanmasını mümkünsüz edir. Çünki həmin dövlət qurumunda çalışan şəxs, bunu korrupsiyaya şərait yaradan hal kimi qiymətləndirib aidiyyatı üzrə məlumat verə bilər. Ona görə də güman etmirəm ki, dövlət orqanın vəzifəli şəxsi belə bir məsuliyyəti və riski öz üzərinə götürsün.
Dövlət orqanlarında dövlət vəsaitlərindən qənaətli istifadə edilməsi çox vacibdir. Ona görə də hər bir ştatın nə dərəcədə faydalı və səmərəli olması qiyətləndirilməlidir».
Müqaviləli qohum işçilər...
Ə.Nuriyev qeyd edib ki, bir çox dövlət qurumlarında işçilərin müqavilə ilə çalışdırılması halları artıb: «Dövlət orqanlarında çoxsaylı vakansiyalar var. Bəzi hallarda bu vakansiyalar dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq qurumlara təqdim olunmur. Və yaxud şəxslərin uzun müddətə həmin vəzifələrdə müqavilə əsasında çalışmaları baş verir. Halbuki, bunlar «Dövlət qulluğu haqqında» qanuna uyğun olaraq müsabiqə yolu ilə işə qəbul olunmalıdırlar.
Eyni zamanda, vakansiyalar haqqında məlumatlar mövcud şərtlərlə və Açıq Hökumətin təşviqilə bağlı Milli Fəaliyyət Planının tələblərinə görə hər il dövlət orqanı tərəfindən verilən hesabatda göstərilməlidir. Bu baxımdan sözügedən sahədəki mövcud risklər getdikcə azalır. Bu cür neqativ hallara yol verən vəzifəli şəxslər tərəfindən intizam tədbirləri görülə bilər. Bəzi vəzifəlilər məhz müqavilə vasitəsilə öz yaxın qohum-əqrəbalarını işlə təmin edirlər. Bəzi hallarda səhlənkarlıq da baş verir, ciddi uçot aparılmır. Ona görə də müqaviləli işçilərin saxlanması bəzilərinə sərf edir».