vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
10:19 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 1688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«SOCAR petrol»un yanında bomba tapılıb

Gürcüstandakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında aptekə girən şəxs qayıdanda maşınında bomba qoyulduğunu görüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Marneulinin mərkəzi meydanında şəxsi maşından bomba tapılıb. Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus «Mersedes» markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

Maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görüb polisə məlumat verib. AzərTac-ın verdiyi məlumata görə, hadisə yerini polis təxminən 5 saat müddətində mühasirədə saxlayıb və hərəkət dayanıb. 

Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilir. 

Həmin ərazidə «SOCAR»ın yanacaqdoldurma stansiyası, «Çay evi», supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.

Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işinin açıldığı və araşdırma aparılır.