vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KRİMİNAL, CİNAYƏT  
20:17 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bank rəhbəri həbs olundu

MTN-in «Bank of Baku» əməliyyatda əməliyyat keçirib, cinayətdə İran izləri

Virtualaz.org saytı mötəbər mənbələrinə istinadən müəyyən edə bilib ki, «Bank of Baku»nun əsl sahibi Türkiyədə yaşayan İran doğumlu azərbaycanlı iş adamı Rza Zərrabın bacısının həyat yoldaşıdır. Şəhram adlı bu iş adamı da İran pullarının Azərbaycanda yuyulmasında iştirak edib. Bu da Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Hüquq-mühafizə orqanlarına yaxın mənbənin bildirdiyinə görə, iki gün əvvəl bankda xüsusi əməliyyat keçirilib.

Nəticədə bankın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən Elçin İsayev saxlanılıblar: «İsayevin bankda guya operativ əməliyyat olması barədə bugünkü bəyanatı həqiqətəuyğun deyil. İstintaq və araşdırmalar «İran izi» və pul yuyulması faktı ilə bağlı aparılır. Bu qanunsuz əməliyyat Rza Zərrabla əlbir aparılıb». Məlumata görə, bankda yaxın günlərdə daha irimiqyaslı yoxlamalar başlayacaq. Şübhəlilər arasında Şəıhram adlı iş adamı da var.

Yada salaq ki, Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı istintaq nəticəsində Rza Zərrabın başçılıq etdiyi biznes-sxemin sayəsində İran Qərbin tətbiq etdiyi sansksiyalardan yayına bilmişdi. Onun Şəhramla birgə təşkil etdiyi şirkətlər İran pullarının yuyulmasını təmin etdmişdi. Bu əməliyyatlarda «Bank of Baku»ya da rol verilmişdi.

***

18:10

Bu dəqiqələrdə özünü «Bank of Baku»nun rəhbəri Elçin İsayev kimi təqdim edən şəxs «Qafqazinfo» ilə əlaqə saxlayaraq bildirib ki, barəsində yazdığımız xəbərdə yanlışlıq var.

Belə ki, həmin şəxs bankda xüsusi xidmət orqanları tərəfindən əməliyyat keçirildiyini təsdiqləsə də, həbs olunanların kimliyini açıqlamayıb: «Bizim dəvətimizlə burada əməliyyat keçirilib, lakin mən bununla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Bir daha deyirəm ki, mən Elçin İsayevəm, həbs olunmamışam, özüm də işdəyəm. Digər şəxslərlə bağlı sonra danışarıq».

 

***

 

17:56

Virtualaz.org saytının müxbiri «Bank of Baku» ilə əlaqə saxlayıb.

Bankdan bildiriblər ki, bankın Müşahidə Şurasının sədri E.İsayev artıq ikinci gündür işə gəlmir və onun harada olmasından xəbərləri yoxdur.

 

***

 

17:41

Virtualaz.org bildirir ki, musavat.com-un əməkdaşı bank sektoru ilə yanaşı, həkimlik fəaliyyəti ilə də məşğul olan və hazırda 5 saylı xəstəxananın qastrskopiya şöbəsinin müdiri olan Elçin İsayevlə əlaqə yaradaraq öyrənib ki, hazırda o, işinin başındadır.

E.İsayev barəsində yayılmış məlumatdan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, o, indi «Bank of Baku»nun Gəncə filialında təmsil olunur.

E.İsayev Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla əməkdaşlığı olması barədə iddiaları da təkzib edib.

 

***

 

17:25

«Bank of Baku»nun Müşahidə Şurasının sədri Elçin İsayev həbs olunub. 

«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, o, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin son günlər ekstremist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, «Bank of Baku»nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb.

Hələ ki, sözügedən həbslə bağlı heç bir rəsmi məlumat açıqlanmayıb.

Əraflı məlumatı diqqətinizə çatdıracağıq.