vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
11:36 | 26 mart 2022 | Şənbə Məqaləyə 987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-Aİ razılaşmaları

LNG satışı artırılması və Ukraynaya yardım paketi müzakirə olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın əldə etdiyi razılaşmaya görə, blok ildə azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Məqsəd Aİ-nin Rusiyadan qaz idxalını azaltmaqdır.

ABŞ Prezidenti Co Baydenlə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 25-də bu məqsədlə işçi qrupun yaradıldığını elan ediblər.

“Bu gün biz həmin məqsədlə birgə plan razılaşdırdıq, təhlükəsiz, təmiz enerji gələcəyimizə doğru proqresi sürətləndiririk”, – Bayden von der Leyenlə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, onların təşəbbüsü bərpaolunan enerjidən istifadəni genişləndirmək və enerji tələbatını azaltmağa çalışacaqlar.

“Bu təşəbbüsün iki əsas hədəfi var, birincisi, Avropanın Rusiya qazından asılılığını mümkün qədər tez azaltmaq, ikincisi, Avropanın qaza tələbatını ümumiyyətlə azaltmaq”, – prezident vurğulayıb.

“Rusiya mədən yanacağından asılılığı azaltmaq, bundan canımızı qurtarmaq istəyirik. Bu yalnız LNG çatdırılmaları daxil olmaqla, əlavə qaz təchizatı ilə mümkündür”, – von der Leyen deyib.

Tərəflər 2030-cu ilədək təchizatı ilə 50 milyard kubmetrə qaldırmağı hədəfləyirlər.

Aİ 2020-ci ildə 378 milyard kubmetr qaz istehlak edib, bunun 40 faizi Rusiyadan gedib.

***

ABŞ Prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq yardım paketi açıqlayıb. O, martın 25-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək, daha sonra danışıqlar üçün Varşavaya yollanacaq, Polşa liderləri ilə enerji və qaçqın məsələlərini müzakirə edəcək.

Bayden Polşa-Ukrayna sərhədində, Ukraynanın 80 km-də yerləşən Rzeszov şəhərinə də gedəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi 4 milyondan çox insanın ölkədən qaçmasına səbəb olub, onminlərlə insan şəhərlərdə ərzaqsız, vacib xidmətlərsiz qalıb.

Baydenlə von der Leyen ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) nəqlinin artırılması ilə bağlı razılaşmaları müzakirə edəcək. Məqsəd blokun Rusiyadan enerji asılılığına son qoymaqdır.

***

Prezident Co Bayden martın 25-də Polşanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən bazada ABŞ qoşunlarına baş çəkib. Polşanın Jeşuv şəhəri Qərbi Ukraynanın Yavoriv şəhərindəki hərbi bazanın 160 kilometrliyində yerləşir.

Rusiya martın 13-də məhz bu şəhərə hava zərbələri endirmişdi. NATO üzvü Pollşada minlərlə ABŞ əsgəri yerləşdirilib.

Polşa indiyədək Ukraynadan 2 milyonadək qaçqına sığınacaq verib.