ARDNŞ-dən zəhərlənmə açıqlaması
«Ürəkbulanmalara səbəb odarant maddəsi insan orqanizmi üçün təhlükə törətmir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Xızıda hərbi sursat aşkarlanıb
Aviabombalar, tank, top və Qrad mərmiləri, ...
-
Bakının bu binaları söküləcək
Sakinlərə nə qədər kompensasiya veriləcək?
-
700 neftçi təxliyə edilib
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
-
Gəncə vağzalında yanğın
Ehtiyat xətdəki vaqonlar alışıb
-
SOCAR Neft Fondunu necə “sökür”?
-
SOCAR zavod alır?
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır”
-
Dərnəgüldəki taxta bazarında yanğın
500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Məşhur binadakı yanğın söndürüldü
Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib
-
«Onsuz da narkomandır...»
Təsəllinin ən pisi ...
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
Yanğından sonra 24 nəfərin meyiti aşkar edilib
FHN-dən rəsmi açıqlama
-
25-dək ölü var
Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın
-
Prezident hadisə yerində
İlham Əliyev Narkoloji Dispanserdə baş verən yanğınla maraqlanıb
-
Narkoloji Dispanserdə dəhşətli yanğın
24 nəfər yanaraq ölüb, 34 nəfər xilas edilib, yaralılar var
-
Zərnigar Ağakişiyeva vəfat edib
Xalq artistinin cəsədi mənzilində tapılıb
ARDNŞ Bakının Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat yayıb. ARDNŞ-ın saytının verdiyi məlumata görə, martın 5-də, səhər saat 10.30-da cari təmir işləri ilə əlaqədar olaraq Bakının Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılıb. Həmin gün saat 18.00 radələrində təmir işləri başa çatdırılmış və xəttə təbii qazın verilişi bərpa olunub. Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə «mavi yanacağ»ın tərkibinə vurulan kəskin qoxulu odarant maddəsinin təsirindən Lökbatan qəsəbəsində V.Əskərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunub.
Baş vermiş hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılıb və araşdırma işlərinə başlanılıb. Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaqdır.
ARDNŞ bildirir ki, Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan Respublikası ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılmışdır. ARDNŞ tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılıb.
Qeyd edək ki, nüfuzlu mütəxəssislərin rəyinə əsasən, odarant (metilmerkartan və onun homoloqu etilmerkaptan) qoxusu olmayan, insan orqanizminə və ətraf mühitə təhlükə yaradan, partlayış verə bilən qazların sızmasını tez müəyyən etmək üçün bu qazlara qarışdırılan qoxu verən maddədir. Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar (metilmerkartan və onun homoloqu etilmerkaptan) rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmayıb. Bu maddə qaz yanarkən tamamilə yanır. (İstinad olunan mənbə: М.В.Лазарев, «Вредные вещества в промышленности» часть I. Ленинград 1954).
Xatırladaq ki, ötən gecə Lökbatanda 115 nəfər zəhərlənib.