vaxtlı-vaxtında oxuyun! Bazar, 27 noyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
QƏZA, FACİƏ  
14:08 | 28 aprel 2018 | Şənbə Məqaləyə 1701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur binadakı yanğın söndürüldü

Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xatırladaq ki, yanğın baş vermiş bina bir vaxtlar “Trump Tower” adlanıb. Lakin Donald Tramp prezident seçiləndən sonra françayzinq müqaviləsinə xitam verilib.

Sözügedən bina “Garant Holding”ə məxsus olub.

 

***

 

13:54

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

Yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)

 

***

 

13:37

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilmiş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

***

 

13:17

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)

 

***

 

13:06

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***

 

12:52

Yanğın baş verən ərazidə yollar bağlanıb.

APA-nın verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***

 

12:37

Bakıda əvvəllər “Trump Tower” kimi tanınan binada yanğın başlayıb. Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın binanın orta mərtəbələrində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb olunub.

Qeyd edək ki, “Trump Tower” binası Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşir. 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binanın hündürlüyü 130 metrdir. “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Binanın tikintisi 2008-2015-ci illərdə aparılıb.