

Aviabombalar, tank, top və Qrad mərmiləri, ...
Sakinlərə nə qədər kompensasiya veriləcək?
Ehtiyat xətdəki vaqonlar alışıb
500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı
FHN və DİN əməkdaşları hadisə yerində
Qəza “Trump Tower” kinan tanınan göydələnin orta mərtəbələrində baş verib
Təsəllinin ən pisi ...
Abid Şərifov dəhşətli yanğından danışdı
Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın
İlham Əliyev Narkoloji Dispanserdə baş verən yanğınla maraqlanıb
24 nəfər yanaraq ölüb, 34 nəfər xilas edilib, yaralılar var
Xalq artistinin cəsədi mənzilində tapılıb
Bakının Nərimanov rayonunda 4 mərtəbəli bina uçur
FHN-dən itkin düşən alpinistlərin axtarışına qoşulmaq istəyənlərə xəbərdarlıq
Bakı Dəmiryolu Vağzalında həyəcan - insanlar təxliyə olundu
Nazır: «Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb»
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-də saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir.
İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.