vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
12:14 | 17 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1348 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının bu binaları söküləcək

Sakinlərə nə qədər kompensasiya veriləcək?

Bakının 12 rayonunda komissiya üzvləri və mütəxəssislərlə birgə qəzalı binalara baxış keçirilib. Ekspert qrupunda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, memar və tikinti mütəxəssisləri yer alıb.

Rayonlar üzrə məlumatlar toplanaraq Bakı şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunub və komissiya da öz növbəsində qəzalı binalar barədə məlumatları Nazirlər Kabinetinə göndərib.

Yaxın 2-3 gün ərzində Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəlixan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır.

Binalar 1956-cı ildə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə verilib, amma sonradan başqa ev ala bilmədikləri üçün orada yaşamalı olublar.

Yataqxanada yaşayan sakinlərə binaların sökülməsi zamanı iki variant təklif olunacaq. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək hündürmərtəbəli binadan mənzil əldə edəcəklər.

Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir. (Baku.ws)