

BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
Prezident və birinci xanım hava limanında baş çəkdi
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin «Nefertiti Media Productions» şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb.
Vaxt.az bildirir ki, bu barədə «Trend»ə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə sorğunun qalibi seçilib.
Mehriban Əliyevanın xidmətləri sırasında eləcə də Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilməlidir.
Ərəb Mədəni İrsi Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda sorğunun nəticələri barədə məlumat verilib.