vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
14:02 | 8 mart 2014 | Şənbə Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Köhnə rəis yeniyə müavin qayıdır?

Tağı Əhmədov ümidlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə bir sıra internet portallarında Bakı metropoliteninin rəisi Tağı Əhmədovun metronun rəisi vəzifəsindən azad olunduqdan sonra onun müavin kimi fəaliyyət göstərəcəyi haqda xəbər yaymışdı. Yayılan xəbərdə hətta Tağı Əhmədovun metropolitendə müavin kimi işini yerinə yetirmək üçün yeni otaqla təmin olunduğu da deyilirdi.

«Xeberdar.az» saytı Tağı Əhmədovun həqiqətən də metropolitenin rəis müavini təyin olunması xəbərini dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb. Keçmiş rəis müavin təyin olunmasının yalnız iki aydan sonra baş tuta biləcəyini bildirib: «Metropolitenin nizamnaməsi qəbul olunmalıdır. Sərəncamda da yazılıb ki, nizamnamə iki ay ərzində hazırlansın. Bu nizamnamə hazır olduqdan sonra, metronun rəis müavinləri də, digər işçilər də yenidən ştata düşəcəklər. Metronun rəis müavinlərinin təyin olunması isə prezidentin səlahiyyətinə daxildir. Bu proseslərdən sonra mən müavin təyin oluna bilərəm. Hələki, mətbuatda yazılanlar boş-boş şeylərdi. Mən hal-hazırda federasiya vitse-prezidenti və Yasamal rayon YAP-ın sədr müavini vəzifəsindəyəm. Fürsətdən istifadə edərək 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara qadın xoşbəxtliyi səadət dolu həyat arzulayıram» - deyə Tağı Əhmədov bildirib.