vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
12:25 | 14 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə 4 ilə qaz istehsalçısı olacaq

Sualtı əməliyyatlar çərçivəsində ilk boru dənizin dibinə endirildi

İlham ŞABAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə gələn ilin 1-ci rübü Qara dənizin 2100 metr dərinliyində yerləşən “Sakarya” yatağından ilk təbii qaz hasil etməyi planlaşdırır. Yatağın açılmasından onun işlənməsinə olan dövr təqribən 3 il 9 ay qədər hesablanır.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dünən sualtı əməliyyatlar çərçivəsində ilk borunun dənizin dibinə endirilməsi mərasimində iştirak edib. Bəyan edib ki, “Sakarya” qaz yatağında hasilatın pik həddinə artıq 2026-cı ildə gündəlik 40 milyon kubmetr hasilatla nail olunacaq. 

“Sakarya” yatağının işlənməsində TPAO şürkətinin baş podratçısı dünya şöhrətli “Schlumberger” şirkətidir. 

Qeyd edək ki, Azərbaycanın qaz yataqları içərisində rekord “Ümid” yatağının payına düşür: 2010-cu ilin noyabrında kəşf edildi və 2012-ci ilin sentyabrında istismar başladı. 

“Şahdəniz” yatağında bu dövr 7 il yarım çəkdi. “Abşeron” yatağında 12 ilə yaxın (hasilat dövrünü 2018-ci ildən hər il uzada-uzada gedirlər, indi gələn ilə planlaşdırırlar)