vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
13:09 | 12 mart 2014 | Çərşənbə Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski»nin gələcəyi...

Məhəllənin ərazisində salınacaq park paytaxtın «ağ ciyərləri» olacaq - (fotolar)

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • «Sovetski»nin gələcəyi...
  • «Sovetski»nin gələcəyi...
  • «Sovetski»nin gələcəyi...
  • «Sovetski»nin gələcəyi...
  • «Sovetski»nin gələcəyi...

Bakının «Sovetski» deyilən ərazisinin gələcək taleyi, demək olar ki, hər kəsi dərindən düşündürür. Bu mövzu heç də uzaq gələcəyə aid deyil. Artıq bu barədə müəyyən fikir və təkliflər də mövcuddur.

Dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Memar bakupost.az-a bu layihənin özəlliklərindən danışıb. Onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur.

Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də yeraltı yolların inşasını nəzərdə tutur.

«Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-Yorkdakı mərkəzi parka bənzəyir. Mən bu parkı şəhərin yaşıl «ağ ciyərləri»nə bənzədərdim».

Sözügedən ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Nəhayət, Təzə Pir məscidinə açılan geniş ərazi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı yaranacaq.

Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda «Şəbəkə» olacaq. Bu «Şəbəkə» uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən «Şəbəkə» həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda «Şəbəkə» gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyəcək.