«Sovetski» Avstriyada tanıdılır
Nərgiz Paşayevanın qızı Bakının nüfuzlu məhəlləsini nüfuzlu sərgisinə çıxarır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
İran və Avstriya arasında böhran
Hər iki ölkənin səfiri XİN-ə çağırılıb
-
Kilsədə “Breaking Bad” qalmaqalı
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
-
Futbol matçında Hitlerin tablosu
Miçiqan Dövlət Universiteti məhkəməyə verilib
-
“Hamı eyni görünməyə çalışır”
Nərgiz Paşayeva: “Çağdaş dünyada xarici görünüşün ştamp tendensiyası meydana gəlib”
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
-
İranda diplomatik skandal
SEPAH xarici diplomatlar həbs edib
-
“Birbaşa, açıq və sərt”
Avstriya lideri ilə Putin arasında danışıqlar “dostluq görüşü” olmayıb
-
Xəyanətin qiyməti - 30 min avro
QRU avstriyalı polkovniki necə ələ alıb?
-
Çeçen toyunda qaz “qonaqlığı”
“Onu gördüm ki, insanlar milçək kimi yerə tökülür”
-
“Oksford”un kitabxanalarından birinə Nizami Gəncəvinin adı verilir
Professor Nərgiz Paşayeva Universitetinin Bodleyn Kitabxanasının direktoru Riçard Ovendenlə görüşüb
-
«Ölkəmdə siyasi islama yer yoxdur»
Avstriyanın baş naziri məcburi qaçqın kvotası tətbiqini doğru saymır
-
Avstriya SOROS Fondunu qadağan edir
«Bir gecədə yanlış məlumat və medianın manipulyasiyası daha da artdı»
-
Kurtsun partiyası liderlik edir
Avstriyanın yeni baş naziri 31 yaşlı gənc ola bilər
YARAT Müasir İncəsənət Mərkəzinin rəhbəri, professor Nərgiz Paşayevanın qızı, rəssam Aida Mahmudova Bakının sökülməkdə olan köhnə yaşayış məhəlləsi «Sovetski»dən çəkilmiş fotoları Avstriyanın iri müasir incəsənət sərgisinə çıxarır.
Virtualaz.org saytı »YAREAH Magazine» jurnalına istinadən xəbər verir ki, «Sovetski»dən rəssamlar və fotoqraflar Orxan Hüseynov, Sənan Ələsgərov və Aida Mahmudovanın çəkdikləri yeni video, foto və illüstrasiyalar nüfuzlu «VİENNAFAİR» müasir incəsənət sərgisində nümayiş etdiriləcək.
Sərgi bu il oktyabrın 2-dən 5-dək »VİENNAFAİR»in 10-cu illiyi ilə bağlı təşkil ediləcək.
Ənənəvi olaraq Mərkəzi, Şərqi, Cənub-Şərqi Avropa ölkələrindən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün platforma sayılan «VİENNAFAİR»ə bu il ilk dəfə Azərbaycan da qoşulacaq. Sərginin qeyri-kommersiya təşkilatları və mədəni təmsilçiliklər üçün nəzərdə tutulmuş «VIENNA Focus» bölməsində YARAT Müasir İncəsənət Mərkəzi üçün yer ayrılacaq.
Jurnal qeyd edir ki, Azərbaycan paytaxtının «Sovetski» kimi tanınan rayonu sürətlə dəyişən Bakının nadir məhəllələrindən biri hesab olunur.
«Həmin bu «Sovetski» məhəlləsi bir-birinə bitişik bir-iki mərtəbəli binalardan və xaotik tikintiyə xas olan dar yollardan ibarət olub əvvəllər cinayətkarlığın yüksək səviyyəsi ilə tanınardı» - deyə «YAREAH Magazine» yazır.
Məqalədə bildirilir ki, «Sovetski» məhəlləsinin sakinləri sıx birləşmiş icma şəklindədir və hazırda ora daha təhlükəsiz rayondur.
YARAT Müasir İncəsənət Mərkəzinin rəssamları və fotoqrafları Bakının modernləşən landşaftı fonunda «Sovetski» məhəlləsini əks etdirən əsərlərini sərgiyə çıxaracaqlar.
Sərgiyə rəssam Sənan Ələsgərovun «Sovetski»dən çəkilmiş fotoları çıxarılacaq. On illərdir davam edən karyerası boyu əsərlərini ağ-qara fonda çəkən S.Ələsgərovun yeni fotolarında «Sovetski»nin evlərinin damından açılan mənzərələr əksini tapıb.
Həmçinin son illər beynəlxalq sərgilərdə tanınan rəssam Orxan Hüseynovun «Sovetski» məhəlləsinin insanlarını əks etdirən rəsmləri və videoları sərgidə nümayiş olunacaq.
Sərgiyə rəssam Aida Mahmudovanın əsərləri də çıxarılacaq. Müasir incəsənət janrında çəkilmiş bu əsərlərdə Azərbaycanın modernləşməsi fonunda ötən dövrlərə nostalgiya öz əksini tapır.
YARAT Müasir İncəsənət Mərkəzi 2011-ci ildə yaradılıb və məqsədi Azərbaycanda müasir incəsənətin inkişafına yardım etmək, müasir Azərbaycan incəsənəti üçün milli və beynəlxalq səviyyədə platforma rolunu oynamaqdır.