«Pozdna, Rita...»
Sərkisyanın arvadının adı pul qalmaqalında...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qanı qarışmışlar”
Ermənistan sakinləri Köçəryan və Qarabağ ermənilərini özlərinə yad hesab edir
-
Müxalifətin deputat mandatları alına bilər
Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar
-
Qərb müharibə ilə oynayır
Bu dəfə ermənilər “savaş əti” olacaq?
-
Leşyeyənlərin qardaşlığı
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
-
... Xalqa atəş açır
Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...
-
Vaşinqton Bakıya əlini, İrəvana dirsəyini uzadır
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
-
Biz nə etməliyik?
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
-
15-dən sonra daha 35 dollar
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
-
“Hər şey ola bilər...”
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
-
Vaşinqton görüşü niyə yubanır?
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
-
Saakyan Paşinyana niyə inanmır?
Separatçılar baş naziri müvəqqəti fiqur sayırlar
-
Paşinyan özünü necə ifşa etdi?..
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
-
“Faktiki olaraq yoxdur”
“Paşinyan danışıqları dalana dirədi ...”
-
“Rusiya müharibəyə qatılmayacaq”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
-
“Ermənistan üçün böyük fəlakət olacaq”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
-
Yeni detal nədir?
Sərkisyanın istefasından keçən 1 ildə ...
Ermənistanda prezident Serj Sərkisyanın arvadı Rita Sərkisyanın dövlət vəsaitini sağa-sola səpməsi məsələsi ətrafında qalmaqal yaranıb. Virtualaz.org epress.am portalına istinadən xəbər verir ki, bu barədə yerli «Aykakan jamanak» qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Rita Sərkisyan martın 8-də İrəvan Dövlət Opera və Balet Teatrında təxminən 1000 qadın üçün konsert təşkil edərək onlara hədiyyələr bağışlayıb. Bu konsertin ən əlamətdar cəhəti o olub ki, tədbirin aparıcısı olan aktyor Qrant Toxatyan birbaşa səhnədən Serj Sərkisyana zəng vuraraq prezidentdən qadınları təbrik etməyini xahiş edib. Aktyor prezidentin nömrəsini isə zalda əyləşən Rita Sərkisyandan alıb.
Erməni qəzeti yazır ki, bu konsert Serj və Rita Sərkisyanların yox, Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına təşkil olunubmuş. Ən pisi də odur ki, Rita Sərkisyan bu konserti özbaşına, hökuməti və digər müvafiq qurumları bu barədə öncədən xəbərdar etmədən, tədbiri plana və qrafikə salmadan keçirib. Yəni orada xərclənən vəsaiti ödəmək hökumət üçün gözlənilməz olub.
Ermənistan hökumətinin martın 13-nə təyin olunan iclasının gündəliyinə bu konsertə çəkilən 22,4 milyon dram məbləğində xərcə görə təşkilatçılara pul ödənməsi məsələsi də daxil edilib.
Məsələ mədəniyyət naziri Asmik Poqosyan tərəfindən qaldırılacaq, həmin məbləğ isə konsertin təşkilatçısı olan «Erməni cazının 70 yaşı» adlı ictimai təşkilatın hesabına köçürüləcək. Bu qəfil xərc Sərkisyanların ünvanına əlavə ittihamlar yağdırıb, Rita Sərkisyanı isə Ermənistanda yeni qalmaqalın «qəhrəmanı»na çevirib.