Xalq artistinin gəlini əməliyyat olundu
Məmur oğlunun qəzaya saldığı ailə hələ də xəstəxanaları gəzir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Gelandewagen»li qatilə ağır cəza
Prokuror iki nəfəri öldürən məmur oğluna 12 il iş istədi
-
«Maşın atamın idi...»
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu danışdı
-
«İçməmişdim...»
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu məhkəmədə yalan danışdı
-
Mədətovlar xalq artistini dilə tutur
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu and içib ki...
-
Xalq artisti prezidentdən ən ağır cəza istədi
Abdullayev təzəliklə əməliyyat olunan gəlinindən də danışıb
-
300 minlik maşınla 100 minlik terror
Xalid Mədətovun qudurğanlığı onun diplomat qardaşının da karyerasına son qoydu
-
«Galendewagen»li qatil tapıldı
Mübariz Mədətovun həbs edilən oğlunun yeri məlum oldu
-
«Şahzadə»nin karvanı
Elmar Vəliyev oğlunu kimdən və nədən qoruyur?
-
Bəşirovun hay-həşiri
Sabiq rəis «qudurğan» adlandırdığı müavininə illərcə necə dözüb?
-
«Bu gün gəlinimin üzünü plastik əməliyyat etdilər. Təzəcə əməliyyatdan çıxıb, hələ narkozdan ayılmayıb».
Bunu modern.az-a avtomobil qəzasına düşmüş xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanada olan gəlininin vəziyyəti ilə bağlı açıqlama verərkən bildirib: «Üzündə cırılmış çapıq, burnunda sınıq vardı, ona görə əməliyyat olundu. Klinik Tibbi Mərkəzdə olarkən tikmişdilər, amma yaxşı alınmamışdı. Özəl klinikada yenidən əməliyyat olundu».
Öz səhhətinin normal olduğunu deyən tanınmış tarzən heç bir şeyə ehtiyacının olmadığını bildirib.
Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə «Mercedes-Benz G-55» avtomobilinin sərxoş sürücü, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.
Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.