vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
20:01 | 2 oktyabr 2022 | Bazar Məqaləyə 2507 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç dünya çempionunun mübarizəsi

Alonsonun da yeri görünürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

“Red Bull” Sinqapurda üç dəfə qazanmışdı. Hamısını da Fettellə. Dördüncü qələbə isə Pereslə gəldi. Özü də rahat qələbə qazandı. “Red Bull” “Ferrari”dən qat-qat üstündür. Peres belə rahat qazanırsa, Leklerin edəcəyi nəsə yoxdur.

Leklerin tempi birdən öldü. Təkər olmaya bilər. Çünki bu gün yeriyən Sayns belə az qala ona çatırdı. 

Saynsa gələndə isə, yağış performansı zəif olub həmişə. Bəlkə də bu gün təkəri gec qızdırdı. Təkər qızana qədər də dənlənirdi. Yenə də minimum vəzifəni yeri yetirdi. Podiumdadır. 

Mak Laren turnir cədvəlində “Alpine”i keçdi. “Aston Martin” isə AlphaTauri və Haas-ı.

Mark Verstappen həm güclü idi, həm də əsəbi. O səhvi etməsə, ikinci yerə qədər gələrdi. Amma yenə də yarışa rəng qatdı. 

Eynilə Hamilton da elə səhv etdi. Hələ Verstappenlə mübarizəsi əfsanəvi idi. Təcrübəsinin haqqını bu gün verdi. Hətta, sonlarda üç dünya çempionunun mübarizəsi (Fettel, Hamilton, Verstappen) əla idi. Kaş orada Alonso da olardı. “Alpine”nin hələ də belə etibarsız olması isə… 

Görək Peresə nə cəza verilir. Gözləyək görək.