vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
09:45 | 29 mart 2014 | Şənbə Məqaləyə 2849 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moldovanı da parçalayır?

Putin Obamaya «5+2» formatı təklif edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün ABŞ prezidenti Barak Obama ilə rusiyalı həmkarı Vladimir Putun arasında telefon danışığı olub.

ANS PRESS-in verdiyi məlumata görə, prezidentlər, əsasən Ukraynadakı siyasi böhranı müzakirə edib. Tərəflər beynəlxalq ictimaiyyətin köməyi ilə vəziyyətin stabilləşməsi üçün mümkün olan addımlardan söz açıblar. Putin Ukraynada ekstremizmin baş alıb getdiyini, yerli dinc sakinlərə qarşı təzyiqlərin olduğunu, Ukraynanın regionlarında icra və qanunverici orqanların işlərinə maneçilik törədildiyini qeyd edib.

Putin yaxın günlərdə hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsini təklif edib. Putin həmçinin Pridnestrovanın blokadaya alınmasından söz açaraq bildirib ki, bu bölgənin insanları normal ticarət və iqtisadi fəaliyyətlərini həyata keçirmək üçün çətinliklərlə üzləşib.

Rusiya prezidenti Pridnestrovadakı vəziyyətin tənzimlənməsi üçün «5+2» formatında görüşlər keçirilməsini təklif edib. Bu formata görə Moldova, Pridnestrovı, Rusiya, Ukrayna, ATƏT, Avropa Birliyi və ABŞ-dan olan nümayəndələrin iştirakı ilə aprel ayının 10-11-də görüş baş tutmalıdır.