vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
12:21 | 3 noyabr 2022 | Cümə axşamı Məqaləyə 961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vardanyan müharibədən qorxur

Kreml erməni milyarderin diliylə Bakıya mesaj göndərir

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvadan Xankəndinə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardaynanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsi verib. Müsahibə o qədər genişdir ki, məşhur “Kommersant” qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını rast gəlinməyib.

Ruben Vadyanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür. Erməni milyarder hesab edir ki, birincisi, “Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər”. İkincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”. Üçüncüsü “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”. Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib.

Ruben Vardanyanın Xankəndinə köçməsi Kremlin layihəsidir. Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml rəsmi Bakıya belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”. Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.

Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur. Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar.