Kəlbəcərin işğalından 21 il keçdi
Bir nömrəli strateji bölgənin azad edilməsi uzandıqca Ermənistan bu rayonu «özününküləşdirməkdə» davam edir
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
BMT kürsüsündə komik an
Susayan Haiti lideri Fils suyu küpdən içib
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
BMT Baş Assambleyasının iclası başlayıb
Dünya liderlərini bir araya gəlib
-
“Dünya müharibəsinin qarşısını ala bilərik”
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
-
“Nüvə silahı mövzusu narahat edir”
BMT: “Yanlış hesablama ödəyə bilməyəcəyimiz nəticələr doğura bilər”
-
“De minimis” istisnalar ləğv olunur
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
-
BMT Təhlükəsizlik Şurasında islahat
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
-
“BMT sülh üçün var”
Quterreş: “Biz çoxtərəfli institutları bugünkü reallıqlara uyğunlaşdırmalıyıq”
-
“BMT yenilənməlidir”
Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb
-
754 milyon oxuma-yazma bilmir
-
Aclıqla üzləşənlərin sayı 3 dəfəyə yaxın artıb
Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkənin qandonduran hesabatı
-
COP29-dan gözləntilər
İqlim dəyişikliyi probleminin elmi tapıntılara əsaslanan həll yolu
-
Bir ildə 400 nəfər edam olunub
BMT ekspertləri İranın 2024-cü illə bağlı statistikasını açıqlayıb
-
Kimin şousu bitmir
Şimali Koreya indi də yeni çoxlüləli raket buraxılış qurğusunu təqdim edib
-
Talibandan BMT-yə embarqo
Xüsusi məruzəçisi Bennetin ölkəyə girişi qadağan edilib
Bu gün - aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 21 il keçir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcər üç tərəfdən düşmən mühasirəsində qaldı.
Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il, aprelin 2-də Rusiya hərbçilərinin köməyi ilə rayonu işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.
Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu-Kəlbəcərdən keçməklə Ağdərə-Vardenis (Basarkeçər) rayonu yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha 5 rayonunu işğal edə bildi.
Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 21 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.
Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, 1000 ildən yuxarı yaşı olan tarixi abidələrini də məhv edib. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 orta, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib.
Artıq 21 ildir Kəlbəcər əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıb. 1993-cü ildə BMT Kəlbəcərin qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir.
Kəlbəcərin azad edilməsi məsələsi uzandıqca Ermənistan bu mühüm strateji rayonu «özününküləşdirməkdə» davam edir. BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin məskunlaşdırılmasına başlanılıb və bu proses son illərdə geniş miqyas alıb.
Qeyd edək ki, bu gün saat 10.00-da Kəlbəcərin işğalı Şəhidlər Xiyabanında böyük anım tədbiri ilə qeyd olunacaq. Tədbirə Prezident Administrasiyası səviyyəsində şərait yaradıldığı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin ciddi hazırlaşdığı bildirilir. («Yeni Müsavat»)