vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
10:42 | 4 dekabr 2022 | Bazar Məqaləyə 694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 min dollarlıq kirayə paltar

Şahzadə Uilyamın xanımı geyimi ilə mərasimə damğa vurdu

XALİDƏ

Bostonda hər il keçirilən “Qlobal istiləşmə ilə mübarizə aparan ideyalar, insanlar və layihələr” proqramın beş qalibinə “Yerdən Alov Mükafatı”nın qrant mükafatını təqdimat mərasiminin ikinci gecəsi keçirildi. Gecəyə proqramın təşkilatçılardan biri olan Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Ketrin Middlton qatılmışdı.

Ketrin tədbirdə geyindiyi Britaniyanın “Hurr” moda şirkətindən icarəyə götürdüyü London üslubundakı yaşıl paltarla gecəyə damğa vurdu. Middlton paltar seçimi ilə qənaət və təkrar emalın vacibliyi barədə cəmiyyətə mesaj verirdi.

“American Vogue”un xəbərinə görə, 2010-cu ildən bəri paltar kirayəsi şirkətləri sayəsində 1,3 milyon geyim məhsulunun istehsalının qarşısı alınıb. Bildirilir ki, bununla atmosferə 254 milyon litr su və milyonlarla kubmetr karbon qazının atılmasının qarşısını alınıb. Yeri gəlmişkən, Ketrinin yaşıl rəng seçməsinin təsadüfi olmadığı və bu rəngin ətraf mühit və planetlə bağlı olduğu bildirilib. O, bu geyimi qayınanası, mərhum şahzadə Dianaya məxsus boyunbağı ilə birləşdirib. Digər tərəfdən Ketrinin əvvəllər də bəzi kirayə paltarlardan istifadə etsə də, ABŞ səfərindəki geyimin dəyərinin 50 min dollar olduğu bildirilir.