Rusiyada beşmərtəbəli bina partlayış
Qismən uçan binan dağıntıları altından 4 cəsəd çıxarılıb
Rusiyanın Tümen vilayətinin Nijnevartovsk şəhərində yerli vaxtla saat 18:06-da 5 mərtəbəli binada partlayış baş verib. Partlayışdan sonra binanın bir hissəsi uçub.
Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 109 canlı qüvvə və 30 xilasedici maşın göndərib. Partlayış baş verən binanın 52 sakini binanı tərk edib. Axtarış-xilasetmə işləri zamanı 4 nəfərin cəsədinə tapılıb. Dağıntılar altından daha 10 nəfər yaralının qaldığı bildirilib.
Nijnevartovsk meri Dmitri Koşçenko açıqlamasında axtarış-xilasetmə işlərinin davam etdiyini və partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalının ola biləcəyini bildirib. Partlayışla bağlı araşdırmalara başlanılıb.