«Dosye seli» «Azərsu»nu basdı
«Hidro Lotos»la başlayan «nurçu təmizləmə» prosesinin SOCAR-a qədər uzanacağı gözlənilir
Aygün MURADXANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Ərdoğanla Əsədi görüşdürən dərd
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
-
Ərdoğan Zəngilanda
Hava limanının açılışı oldu
-
Yüz ildən sonra da ...
Makronu Ermənistan yox, Fransanın Cənubi Qafqazdakı nüfuzu narahat edir
-
Dünya 5-dən böyük olsa da...
Bayden Ərdoğanın fikrini təkrarlayıb
-
Türkiyə və Səudiyyə arasında yeni dövr
İki dövlət başçısı bəyannamə imzalayıb
-
Türkiyədə meşə yanğını güclənib
Ərdoğan əraziyə gedib
-
Azərbaycanla Türkiyə arasında yeni səhifə
“Şuşa Bəyannaməsi” tarixi birliyimizin gələcək nəsillərə nümayişidir
-
“Nəhayət, qərara gəldik”
Ərdoğan prezidentliyə namizəd oldu
-
Baydendən Türkiyə ilə bağlı Konqresə müraciət
Hadisələrin bu cür inkişafı Vaşinqton-Ankara münasibətlərində böyük dönüş yaradacaq
-
Türkiyə-Fransa münasibətlərində istiləşmə
Ərdoğan və Makron Ukraynanı müzakirə ediblər
-
Zelenski Ərdoğanla danışıb
Mariupoldan mülki şəxslərin təxliyə məsələsi müzakirə edilib
-
Prezidentlərin telefon müzakirəsi
... Yaxud Brüssel danışıqlarından sonrakı “yol xəritəsi”
-
Telefonda Brüssel müzakirəsi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla dünənki görüşü dəyərləndirdi
-
Prezidentlər Ukraynanı müzakirə edib
Liderlər regional məsələlərə dair fikir mübadiləsi aparıblar
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən bir gün öncə «Azərsu»nun podratçısı «Camaat»a bağlı olduğu bilinən «Hidro Lotos» şirkətinin Azərbaycandakı fəaliyyəti dayandırılıb. Bu haqda «Yeni Müsavat»a informasiyalı qaynaq xəbər verib.
Əldə etdiyimiz xəbərə görə, «Azərsu»nun dəyəri yüz milyonlarla ölçülən layihələrini həyata keçirən «Hidro Lotos» 2012-ci ildə qurulub. Şirkətin himayədarının «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov olduğu bildirilir. Şirkətin qeyri-rəsmi icra müdiri isə Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adı çəkilir. Yada salaq ki, Qorxmaz Hüseynov Rövnəq Abdullayevin yaxın «silahdaşlarındandır». Q.Hüseynov «Azərsu» ASC-yə rəhbərlikdən öncə ARDNŞ-ın Sosil-İnkişaf İdarəsinə rəhbərlik edib.
Yarandığı gündən indiyə qədər «Azərsu» ASC-nin həm Azərbaycan hökuməti, həm də Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi əksər layihələrin podratçısı «Hidro-Lotos»dur. Şirkətin işi ilə bağlı daha bir maraqlı detal var - »Azərsu» ASC-nun bir sıra layihələrində «Hidro-Lotos» subpodratçıdır. ««Yəni digər podratçının gördüyü hər hansı işi məhz «Hidro-Lotos» yoxlayaraq qəbul edir.
Şirkətdə 1 ay öncədən böyük maddi sıxıntılar başlayıb. «Əli pulla oynayan» şirkət rəhbərliyi işçilərə heç bir xəbərdarlıq etmədən onların maaşlarını dayandırıb. Onu da bildirək ki, «Hidro-Lotos»un rəhbərliyindəki şəxslər, eləcə də layihələr üzrə iş icraçıları, onların müavinləri, mühasibatlığı idarə edən şəxslər Azərbaycan reallıqları üçün fantastik məbləğdə - 20-30 min manat arası əməkhaqqı alırmışlar. Bu şəxslərin çoxu Türkiyə vətəndaşlarıdırlar.
Son 1 ayda şirkətin borclu olduğu müəssisələrin sayı da artıb. Qaynaq bildirir ki, şirkət 2-3 ay öncədən Azərbaycan və Türkiyə şirkətlərindən aldığı texniki vasitələrin və quraşdırma avadanlıqlarının haqqını ödəyə bilmir.
Varlı şirkətin bu cür sıxıntıya düşməsi işçilər arasında da təşviş yaradıb. Rəhbərlikdəki şəxslər bu durumu müvəqqəti çətinlik kimi təqdim etməyə çalışsa da getdikcə durumun ağırlaşması qərarın siyasət gündəmi ilə bağlı olması gerçəyini ortaya çıxarıb. Artıq şirkətdə çalışan hər kəs nurçu cameəyə bağlı olduqları üçün öncə maliyyə qaynaqlarının kəsilməsi, daha sonra isə fəaliyyətlərinin birdəfəlik dayandırılması qərarı verildiyinin fərqindədir.
İndi «Hidro Lotos»un başı üzərin alan qara buludlar getdikcə «Azərsu» ASC-yə doğru yan almaqdadır. Şirkətin mərkəzi aparatında, eyni zamanda demək olar bir sıra idarələrinin rəhbərliyində təmsil olunan nurçular özlərini tikan üzərində hiss edir. Siyasi gündəmdə baş verənlər bu narahatlığın əbə olmadığını göstərir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana aprelin 4-dəki səfəri zamanı nurçularla bağlı dediyi fikir, üstəlik dövlət başçısı İlham Əliyevin bu fikirləri dəstəkləməsi nurçuların Azərbaycandan tamamilə çıxarılmasının uzaqda olmadığından xəbər verir.