Dövlət başçısını hiddətləndirən evlilik təklifi
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bu zirvə görüşünün çox gözəl nəticələri olacaq”
İlham Əliyev: “Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verməsi önəmlidir”
-
Xalq ölkənin cənubundakı ölümcül daşqınlarla mücadilə edərkən prezidenti Sadir Caparov bacısı qızının nişanlısının təmtəraqlı və indiki zamanda “utanc verici” evlilik təklifi və bunu etmək üçün hökumət helikopterindən istifadə etdiyinə görə həbs edilib.
Alqış sədaları altında vertolyotdan enən cütlük cığırda əl-ələ verib, daha sonra havaya atılan fişənglərin atəşfəşanlığı fonunda çiçəklərdən düzəldilmiş nəhəng ürəyin qarşısında qarşılaşır.
Prezident Caparovun 2020-ci ildə “Miss Qırğızıstan” seçilən 23 yaşlı bacısı qızı Ləzzət Nurqojoeva sosial media hesabında evlilik təklifinin görüntülərini paylaşması ilə sanki qiyamət qopdu.
***
Tez bir zamanda internetdə yayılan video, hakimiyyətə gəldikdən bəri siyasətçiləri insanların pullarını israf etməsinə görə tənqid edən Caparovu qəzəbləndirib.
“Bacım qızına görə ictimaiyyətdən üzr istəyirəm” deyən prezident yerli mediaya müsahibəsində əlavə edib ki, Sabirbekov qardaşı qızını sevmir. Onunla yalnız özünə siyasi dəstək qazanmaq və qanunsuz əməllərini gizlətmək üçün evlənmək istəyir.
***
“The Telegraph” yazır ki, Sabirbekovun ictimaiyyət qarşısında üzr istəməməsi Caparovun səbrini tükəndirib və iki həftə sonra o, qardaşı qızının nişanlısının həbsinə göstəriş verib.
Yerli mətbuatda yayılan xəbərlərdə Sabirbekovun narkotiklə bağlı cinayətlərə görə həbs edildiyi bildirilir.
***
Qırğızıstanda baş verən daşqınlar nəticəsində 6 ayda 22 nəfərin öldüyü, 4 min 551 evə ziyan dəydiyi bildirilib.
Bu ilin ilk yarısında Qırğızıstanda 80 daşqın baş verdiyini bildirən Mambetov, “Sel nəticəsində 6 ayda 22 nəfər həlak olub, 4 min 551 evə ziyan dəyib, 76 ev dağılıb. Bundan başqa, 68 ictimai bina, 404 kilometr daxili yol, 568 hektar ərazi, 69 körpü, 87 avtomobilə ziyan dəyib”, – deyib.
İlin əvvəlindən nazirliyin 56 xəbərdarlıq bildirişi verdiyini və təbii fəlakətlər nəticəsində dəymiş maddi ziyanın 13 milyon dollar olduğunu bildirlir.
Köçürülmə və təxliyə qərarlarının qəbul edildiyi rayonlarda 3 min 888 ailənin yaşadığını bildirən M.Məmbetov bu ailələrin dövlət tərəfindən göstərilən dəstəyə baxmayaraq evlərini tərk etmədiyini qeyd edib.