Müasir dünyanın kabus-şəhəri
Ağdam Qarabağın erməni bomjlarının sığınacağıdır, amma Xocalı ...
Sənan NƏCƏFOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
BMT kürsüsündə komik an
Susayan Haiti lideri Fils suyu küpdən içib
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
BMT Baş Assambleyasının iclası başlayıb
Dünya liderlərini bir araya gəlib
-
“Dünya müharibəsinin qarşısını ala bilərik”
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
-
“Nüvə silahı mövzusu narahat edir”
BMT: “Yanlış hesablama ödəyə bilməyəcəyimiz nəticələr doğura bilər”
-
“De minimis” istisnalar ləğv olunur
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
-
BMT Təhlükəsizlik Şurasında islahat
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
-
“BMT sülh üçün var”
Quterreş: “Biz çoxtərəfli institutları bugünkü reallıqlara uyğunlaşdırmalıyıq”
-
“BMT yenilənməlidir”
Quterreş “Gələcəyin Zirvəsi” ərəfəsində qlobal institutları islahat etməyə çağırıb
-
754 milyon oxuma-yazma bilmir
-
Aclıqla üzləşənlərin sayı 3 dəfəyə yaxın artıb
Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkənin qandonduran hesabatı
-
COP29-dan gözləntilər
İqlim dəyişikliyi probleminin elmi tapıntılara əsaslanan həll yolu
-
Bir ildə 400 nəfər edam olunub
BMT ekspertləri İranın 2024-cü illə bağlı statistikasını açıqlayıb
-
Kimin şousu bitmir
Şimali Koreya indi də yeni çoxlüləli raket buraxılış qurğusunu təqdim edib
-
Talibandan BMT-yə embarqo
Xüsusi məruzəçisi Bennetin ölkəyə girişi qadağan edilib
Əvvəlcədən təyin olunmuş dəyərlilik əbədi deyil. Əvvəl-axır kibrit, fayl, təkər, çəkmə, saksofon, zavod, hətta qoruq da dəyərini itirir. Sivilizasiyalar da elədir. Şəhərlər də. Tarix yüzlərlə, minlərlə şəhərin məhvini arxivində saxlayır. Ölmüş şəhərlərin daş skeleti soyğunçu, qarətçi və turistlərdən başqa heç kimə lazım olmayıb.
Hər əsrin öz Pompeyi, Klondaykı olub, var və olacaq. On minlərlə əhalinin yaşadığı şəhərlərin kabus-şəhərə dönməsinin müxtəlif səbəbləri olur. Amma şəhər sakinlərinin taleyi eynidir. Onların yaddaşları şəhər yaşam tarixinin sonuna «qədər» və «sonra» acı xatirələrə bölünür. «Qədər» yaxşı günlərin xatirəsidir. «Sonra» bölümü isə geniş kütlə üçündür: ağlamalı, xatirə yaşatmalı, tarix üçün yazmalı dövr. Çox qəribədir ki, tarixdə ölümü gizlədilən şəhərlər də olub, onu dünyaya car çəkənlər də. Amma əksəriyyətində nəticə eynidir: sənin göz yaşların heç kimə lazım deyil. Böyük şey olub, min nəfər bir tualeti olan yataqxanada yaşayır. Amma kabus-şəhərin keçmiş sakinlərini bir-birinə calayan bağlar da var. Həmin şəhərlərin sakinləri indinin özündə də bir-birini axtarır, internetlə əlaqə saxlayır, təşkilatlanır, qəriblikdə keçən günlərindən danışır, hətta evlərinin xarabalıqları üzərində görüşüb, uşaqlıq göz yaşları ilə xatirələrini yada salırlar. Kabus şəhərlərin sakinlərinin həyatları çox oxşardır...
25 fevral 2007-ci il. Çexiya Lidiçe
Memorial Kompleksi. Bu tarixin Lidiçeyə heç bir dəxli yoxdur. Amma orada
çiyin-çiyinə dayanmış iki müxtəlif xalqın, dinin nümayəndəsinə var. İki kabus
şəhərin sakinləri çiyin-çiyinə verib yandırdıqları şamın əriməsini gözləyirlər.
Sonra üçüncü kabus-şəhər yaxınlaşır. Xocalı sakini Fəridlə Lidiçe sakini Fredin
bir-birinə danışmağa sözləri çoxdur. Onlara daha biri qoşulur. Belorus
Respublikası, Minsk vilayəti, Loqoski rayonu, Xatın kəndindən olan Fyodr
Belkeviç. Onun da deməyə sözü var. Daha sonra başqa biri gəlir. Bosniya və
Herseqovinadan, Srebreniça qəsəbəsindən. Sonra daha biri Fransanın Oradur
qəsəbəsindən. Sonra başqa biri, sonra başqası... Şamlar yanır...
Kabus şəhərlərin sayı artmaqdadır.
Səbəblər müxtəlifdir. İqtisadi, hərbi, tektonik... Böyük istehsalat
müəssisəsinin yaxın ətrafında salınmış şəhərlərin ömürləri elə o müəssisələr
qədər olur. Norveç Svalbardında olan Piramida, Ukraynada Kadıkçan, Halmer-Yu,
Çilinin Hamberstoun və Syuel şəhərləri. Kabus şəhərlərin yaranmasının başqa bir
səbəbi təbii fəlakətlərdir. Argentinanın pampaslarında melioratorların səhvi
üzündən su altında qalan əfsanəvi spa-kurort Villa Epekuen buna bariz
nümunədir. Kömür axtaranların İtaliyanın Kastelnuovo şəhərini xaraba qoymasını
da əlavə etmək olar. İtaliyada zəlzələ nəticəsində Krako, Podjoreale şəhərləri,
Çilidə isə Çayten şəhəri vulkanın qurbanı olub. Belə şəhərlərin sayı 20-dir.
İnternet saytlardan birində hamısının adı verilib. Ən qəribəsi odur ki, xaraba
qalmış şəhərlər turizm baxımından, filmçəkənlər üçün dekorasiya olunmuş hazır
səhnə yönümündən əvəzsizdir. Yenə də yuxarıda qeyd etdiyimiz «sənin göz
yaşların heç kimi maraqlandırmır» fikri.
26 fevral 2007-ci il. Praqa, Çexiya.
Azərbaycan səfirliyinin binası. Xocalı faciəsi lə əlaqədar rəsmi anım tədbiri.
Proqrama görə, qonaqlara faciə haqda məlumat verilməli (həm çex, həm ingilis
dillərində), sonra film nümayiş olunmalı idi. Çıxışı orta boylu, nurani simalı
bir nəfər edir. Azərbaycan şəhərlərinin adını olduğu kimi, heç bir fonetik
pozuntu olmadan səsləndirir. Diqqət çəkicidir. Sonradan tanış oluruq. Tomaş
Lanye türkoloq, Kladno Universitetinin professorudur. Uzun müddət Çexiyanın
Türkiyədəki səfiri vəzifəsində çalışıb. Çox səlis tükcəsi var. Tomaş Lanye ilə
söhbətimiz çox uzun çəkdi. Xocalı faciəsi haqda danışdıq. Tomaş Lanyenin orada
işlətdiyi bir ifadə mənim bu faciəyə baxışımı dəyişdi.
- Levon Məlik-Şahnazaryanın «Xocalı işi:
xüsusi qovluq» yazısını oxumusan?
- Təbii ki...Yalandır, cəfəngiyatdır...
- Onu bilirəm. Sadəcə soruşuram, çex
dilində oxumusan?
- Xeyr...
Beləcə söhbət uzandı. Tomas de Vaalın
«Qara Bağ» kitabı, Çex müxbir Yana Mazalovanın Mütəllibovdan götürdüyü
müsahibə, Xatın və Lidiçe Memorial Kompleksləri, Tomas Qolts «Azərbaycan
gündəliyi» kitabı, Kiril Stolyarovun «Çöküş: Qarabağdan Belovejsk çölünə qədər»
oçerki, Xocalı faciəsinin tanınmamasına qədər çox şeydən danışdıq. Sonda Tomaş
Lanye «indiyə qədər izlədiyim, oxuduğum, məlumat aldığım faciələrdə qətliama
məruz qalan heç bir xalq özünü günahkar bilməyib» –dedi. Və bu çox şey demək
idi.
***
Kabus-şəhərlərin yaranmasının, təzada
bax, ən qorxulu səbəbi hərbi münaqişələrdir. Belə şəhərlər bir xalqın, nəslin,
sivilizasiyanın yaddaşına qanla çəkilmiş cızıq, həm də gələcək nəsillər üçün
öyüd, vəsiyyət və tarixdir. İspaniyanın Belçite şəhəri, Fransanın
Oradur-Sür-Qlan, Kiprin əfsanəvi kurort şəhəri olan Varoşa (türk-yunan
sərhədində yerləşir) hazırda tarixdən silinmiş şəhərlər sırasındadır. Təbii ki,
oxucunun ilk ağlına gələn Xocalı, Ağdam şəhərləri olur. Bizdə də var deyə.
Narahat olmayın. Ağdam bu şəhərlərin sırasındadır. Bəli, Ağdam dünya tarixində
hərbi münaqişə nəticəsində boşaldılmış, kabus - şəhərə çevrilmiş 3-4 şəhərdən
biridir. «Qafqazın Xirosiması» da deyirlər bizim Ağdama. İndi Azərbaycan
ərazisində gedən müharibənin sürrealist monumenti sayılan Ağdam. O şəhər ki,
«Made in Armenia» minaları, artilleriya qurğuları ilə dağıdılıb. Şəhərdən nə
varsa aparıblar, evlərdən qapı-pəncərələri, kərpicləri, hətta küçələrdəki
döşəmə daşları da. Ağdam Qarabağın erməni bomjlarının sığınacağıdır. Bu gün
Ağdam məscidinə turist, erməni hərbçilərindən başqa donuz və inəklər gedir. Bəs
Xocalı? Hə, əzizlərimiz, Xocalı yaşayır, Xocalı kabus-şəhər deyil. Xocalı
hadisələrinin beynəlxalq qurumlar tərəfindən soyqırımı cinayəti aktı kimi
tanınmasına hüquqi əsaslarımız var. Xocalı faciədir, soyqırımıdır. Amma faktiki
Xocalı yaşayır. Maraq üçün OpenStreetMap, free-map.org.uk,
www.navit-project.org, GlobeXplorer beynəlxalq naviqasiya sistemləri olan
internet saytlarda axtarış verin. Xocalı? Yox, İvanyan. Bəli, bizim şəhərimizin
adı indi belə adlanır. Xocalını işğal edən vəhşi ordunun generallarından
birinin adını veriblər. İvanyan. Axtarın, orada həyatın davam etdiyinizi
görəcəksiniz. Lap Srebrenniça, Oradur, Xatın kimi...
Qayıdaq Lidiçedə şam yandıranların
yanına. Srebreniçadan olan 21 yaşlı Hacibehiç danışır ki, Yuqoslaviyada
siyasətçilər patriotizmi millətçiliklə səhv saldıqları kimi, dədə-baba yurduna
sevgini də etnik təmizləmə ilə səhv saldılar. Ona görə Srebrenniça hadisəsi baş
verdi. «Srebrenniça boşnak kəndi idi. Bosniyada yerləşsə də, serblər çox
yaşayırdı. 1995-ci ildə serblərin hücumları artmışdı. Boşnaklar müdafiə
olunurdular. BMT sülhməramlıları müşahidə edirdilər. Hətta tərəflər arasında
atəşkəs haqda müqavilə də bağlanmışdı. Serblər hücum etməyəcəklərinə söz verir,
boşnaklar silahlarını təhvil verirlər. İki illik atəşkəs oldu. Serblər iki
ildən sonra tank və ağır artilleriyanın dəstəyi ilə hücuma keçdilər. «Mavi
dəbilqəlilər» onları qoruya bilmədilər. Nə BMT, nə NATO HHQ risk etmədi. 48
saatdan sonra hər şey qurtardı. Məqsədə nail olundu: Srebrenniça etnik
təmizləndi. Təkcə 2500 kişi və uşaq meyiti yalnız qəbiristanlıqdan tapıldı.
Ölənlərin ümumi say 8 min nəfər idi» - dedi və boşnaq tələbə susdu. Fərid
dillənir «lap bizdə, Xocalıdakı kimi». «Yalnız dörd il sonra BMT Srebrenniça
faciəsi haqda hesabat hazırladı. Özünüanaliz, yenə həmin fəlsəfə, yenə köhnə
prinsiplər. Bilmirlər ki, etnik təmizləmənin bir formulu var: fərqli qan vəba
kimidir. Atəş!» »Bəs, cinayətkarlar?» sualına «Radovan Karaciclə Mladiç həbs
olunub, Haaqa tribunalına verildilər» cavabı gəlir. Sonra belorus tələbə danışdı.
Fəridin «sizin günahınız nə idi?» sualına «Schutzpolizei» adlanan mühafizə
polisinin 118-ci batalyonu partizanların içərisində alman zabiti olan maşını
partlatdıqlarının əvəzini Xatın camaatından çıxıblar». Bütün kənd yandırılıb.
149 nəfrədən 75-i uşaq olub» cavabı gəlir. «Bəs cinayətkarlar?» – «Müharibə
bitəndən sonra həmin batalyonun qərargah rəsi Qırmızı Ordunun leytenantı
Vasyura və Meleşko güllələnmə cəzasına məhkum ediliblər».
Oradurdan olan tələbə də oxşar hadisəni
danışır. Hazırda həmin şəhərdə 2188 şəhər sakini yaşayır. Əsl adı.
Oradur-sür-Qlan. Almanlar Oradur-sür-Qlan qəsəbəsində əsir götürülmüş
ştrumbanfürer Helmut Kampfın saxlanıldığı haqda məlumat aldıqdan sonra şəhəri
mühasirəyə alırlar. Kişilər kənd inzibati binasında, qadın və uşaqlar isə
kilsədə qətlə yetirilirlər. 197 kişi, 204 qadın və 205 uşaq. Bəs cinayətkarlar?
«12 dekabr 1953-cü ildə Bordo şəhərində 65 əsgərə qarşı cinayət işi qaldırılıb.
Onlardan yalnız 28 nəfəri məhkəmə qarşısında dayanıb. 7 alman, 21 elzaslı».
Nəhayət ,Fərid danışır. Xocalıdan. Məhv
edilən şəhərdən, gözü çıxarılan uşaqdan, anadan, oğuldan, qızdan, erməni
vəhşiliyindən. «Hitler deyirdi biz Almaniyaya təhlükə törədən bütün xalqları
qırmalıyıq. Mənim haqqım var soxulcan kimi çoxalan aşağı təbəqədən olan
milyonlarla insanı məhv edim. Erməni generallar da belə fikirləşdirdilər. Onlar
dayanmadan Dağlıq Qarabağın təhlükəsizliyini əsas gətirirdilər.
- «Səbəb nə idi?» - «onlar azərbaycanlı
idilər» ...Uzunmüddətli pauza. «Bəs günahkarlar?» - Günahkarlardan biri
Ermənistan müdafiə naziri, o biri baş nazir, başqa biri prezident seçildi.
Bundan başqa, 366 alayın komandir müavini B.Baymukov, birinci batalyonun
komandiri İ.Moiseyev, ikinci batalyonun komandiri S.Ohanyan, üçüncü batalyonun
komandiri E Naboknik, birinci batalyonun qərargah rəisi Çitçiyan, alayın
kəşfiyyat rəisi mayor Hayriyan, rota komandiri O.Mirzoyan, kəşfiyyat bölmə
rəisi Xrinxua, tank rotasının komandiri Qarmaş, rota komandiri baş leytenant
Hakonyan, batareya komandiri Əzizyan, kəşfiyyat komandirinin müavini Bondarev
hələ də azadlıqdadır və Xocalının işğalı zamanı qazandıqlarını xərcləyirlər.
...Dostayevskinin «Karamazov qardaşları»nda maraqlı bir məqam var. Alyoşa Karamazov soruşur: «Əgər xoşbəxt bəşəriyyət üçün bina qurmaq istəsəniz, o bina bir uşağın göz yaşları bahasına başa gəlirsə, sən o evi qurarsan?» «İndi Qarabağ erməniləri xoşbəxtlik evini-qondarma azadlıq ideyasını Xocalı uşaqlarının göz yaşları üstündə qurdular. Amma yaddan çıxarırlar ki, qan üstündə qurulan xoşbəxtlik uzun çəkməz»... ...Sonra söhbət qızışır. «Dünya ictimaiyyəti nə edə bilər? O nə etməyə bilməz? Nəyi etməlidir?» sualları, cavablar. Onsuz da biz bu sualı biz hər gün veririk. İndi İraq, Əfqanıstan, dünən Yuqoslaviya, o biri gün Dağlıq Qarabağ haqda. Və ümumiyyətlə, dünya ictimaiyyəti nədir? Proqressiv bəşəriyyətmi? Yoxsa dünyada baş verənlərə guya təsir etmək gücündə olan oyuncaqmı? ...Deyirlər BMT müharibə aparmır, BMT sülh yaradır. Tərəflər arasında sülh. Əgər tərəflər bunu istəmirlərsə? BMT silah işlətmir və öz əsgərlərinin həyatı ilə risk etmir. Deyirlər, BMT-nin bir silahı var: dünya ictimaiyyətinin avtoriteti. Bəs rəqib bu avtoriteti qəbul etməyəndə, bütün norma və prinsiplərə tüpürəndə necə? Erməni liderlər Köçəryan, Sarqsyan, Qukasyan kimi. Ferqusson qaydası yada düşür: Vəziyyət dönməz xarakter alanda «gəlin hər şeyi unudaq» demək olmaz». ...Lidiçe, Xatın, Srebrenniçanın coğrafi koordinatlarını daxil etməklə bu şəhəri peyklə izləmək olur. Təkcə Xocalıdan başqa. Bütün cinayətlərin üstü açılıb, cinayətkarlar cəzalarını alıblar. Təkcə Xocalı faciəsinin günahkarlarından başqa. Bizim istədiyimiz nədir? İcazə verin öz kabus-şəhərimizə gedək. İcazə verin dağılmış evlərimizin qarşısında toplaşa bilək. Heç olmasa uşaqlıq xatirələrimizi şəhərdə basdırmağa icazə verin. Biz kabus-şəhərimizə qayıtmaq istəyirik. Eşidirsiniz?