vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
08:48 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qayıq çevrildi

Ölənlər və itkinlər çoxdur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Konqo Demokratik Respublikasında (KDR) içərisində təxminən 300 nəfərin olduğu qayıq ölkənin qərbindəki Lukenie çayında çevrilib. Təxminən 300 nəfəri daşıyan qayıqda olan insanların boğulacağı qorxusu var.

Səlahiyyətlilər itkin düşənlərin və ya ölənlərin sayını müəyyənləşdirməyin çətin olduğunu və qəzadan sonra çox az adamın xilas ola biləcəyini açıqlayıb.

Qayığın həddən artıq yükləndiyi və Nioki istiqamətinə gedərkən taxta əşyaya səbəbindən batdığı da bildirilib.

Bölgə qubernatoru Jak Nzenza hadisəni təsdiqləyib və çoxlu cəsədin tapıldığını, lakin axtarışların davam etdiyini bildirib: “Dünən dörd cəsəd tapdıq, bu gün isə doqquz aylıq körpə də daxil olmaqla daha 16 cəsəd çıxarılıb”.

Nəhəng Mərkəzi Afrika ölkəsində çay və göl gəzintilərində qayıqlardan geniş istifadə olunsa da, onlar həmişə təhlükəsiz olmur. “Biz hər kəsə daim xatırladırıq ki, gecə saatlarında üzmək qadağandır, çünki bu, çox təhlükəlidir”, – Nzenza dedi.

İyun ayında KDR-də gəminin batması nəticəsində 21-i uşaq olmaqla ən azı 86 nəfər həyatını itirmişdi.