vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
01:40 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«48 saatdan sonra Rusiya ordusu Ukraynaya girəcək»

Saakaşvili: «Bütün bunlar o qədər primitivdir ki, ...»

NİHAD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administrasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq». Teleqraf.com-un UNAİN-a istinadən xəbərinə görə, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində bildirib.

«Uç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administrasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eyni ilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər», - Saakaşvili yazıb. 

Onun fikrincə, indi ən başlıcası Ukraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir.