vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
09:32 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ Ərdoğana dərs verməyə çalışacaq»

«Ermənilərin «soyqırım layihəsi» Amerikanın əlində Türkiyəyə qarşı «kozır»a çevrilə bilər»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Senatında «erməni soyqırımı» məsələsinin tanınmasını nəzərdə tutan qətnamə layihəsi rəsmən dövriyyəyə buraxılıb. Erməni mətbuatının yazdığına görə, Senatın xarici əlaqələr komitəsinin sədri Robert Menendes və senator Mark Kirkin dövriyyəyə buraxdığı layihə həm Senata, həm də Nümayəndələr Palatasına təqdim edilib.

Qanun layihəsinin həmmüəllifləri senatorlar Barbara Bokser və Ed Markindir. Senatorlar ABŞ və NATO-nun uydurma «genosidi» tanıyan ölkələr və təşkilatların cərgəsinə qoşulmasının vacibliyini bəyan ediblər. 

Qeyd edək ki, «erməni soyqırımı» məsələsi ilə bağlı sənəd demək olar ki, hər il ABŞ Senatına təqdim edilir. Ancaq Senatda müzakirəyə çıxarılsa da, hər dəfə ABŞ hökuməti veto hüququndan istifadə edərək bu qanunun qəbuluna mane olur. Bunun isə iki əsas səbəbi var. Birincisi, soyqırım iddialarının sənədlərlə təsdiqini tapmaması, ikincisi və ən mühüm isə ABŞ-ın Türkiyə və Azərbaycan kimi iki əsas müttəfiqi ilə münasibətlərini pisləşdirmək istəməməsidir. 

Ancaq qarşıdan 2015-ci il gəlir və bütün dünyada fəal olan erməni diasporu soyqırım kartından böyük bir kampaniya kimi yararlanmağa çalışır. Hazırda beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb situasiya, Qərb və Rusiya arasında münasibətlərin gərginləşməsi, Ermənistanın isə Rusiyanın yanında yer alması erməni diasporunun mövqelərini zəiflətsə də, bütövlükdə Amerikada çox güclü olan erməni diasporu öz rıçaqlarından istifadə etməkdə israrlı kimi görünür. 

Politoloq Qabil Hüseynli «Yeni Müsavat»a mövzunu şərh edərkən bildirib ki, hazırda ermənilərin mövqeləri zəifləsə də, Vaşinqton bu layihədən Türkiyəyə qarşı istifadə edəcək. Onun fikrincə, Türkiyə hökuməti ilə Vaşinqtonun münasibətlərinin pisləşməsi Ankaranın mövqelərini zəiflətsə də, son nəticədə bu layihə əlavə problemlər yaradacaq: «Hazırda ermənilərin mövqeyi çox zəifdir. Onlar Amerikada lobbi dayaqlarını da ciddi surətdə itiriblər. Bununla yanaşı, Ərdoğan da Türkiyənin Amerika ilə münasibətlərini korlayıb. Açığını demək lazımdır ki, Amerika Ərdoğanla haqq-hesablaşmaq üçün münasib vaxt gözləyirdi. Ermənilərin bu müraciəti onların əlində Türkiyəyə, ilk növbədə isə Ərdoğana qarşı «kozır»a çevriləcək. 

Amerika hökuməti, könülsüz də olsa bu faktdan istifadə edəcək, xüsusilə də ermənipərəst konqresmen və senatorlar bundan faydalanacaqlar. Mən ümumiyyətlə, qaldırılan məsələnin Konqresin hər iki palatasından keçəcəyindən əmin deyiləm, hər halda, ABŞ prezidenti özünün NATO üzrə müttəfiqi, eyni zamanda mühüm strateji əhəmiyyətə malik olan bir ölkəni özündən daha da uzaqlaşdıran və amerikafobiyanın yayılmasına səbəb ola biləcək qərarın qüvvəyə minməsinə imkan verməyəcək. Ancaq eyni zamanda məsələni o həddə qədər çatdıracaqlar ki, Türkiyənin siyasi rəhbərliyi, parlamentin nümayəndə heyəti Vaşinqtonda qapı-qapı gəzməyə məcbur qalacaq və necə deyərlər, Amerika siyasi elitasının könlünü almaq üçün xeyli əziyyət çəkməli olacaq».

Politoloq deyir ki, Türkiyənin hazırkı hökumətinin anti-Amerika təbliğatı Qərbdə narazılıqla qarşılanıb. Bu mənada o düşünür ki, 24 aprel öncəsi Türkiyə hökuməti üçün gərgin keçəcək: «Ərdoğan mitinqlərdə yeri gəldi gəlmədi Pensilvaniya, xaricdən istiqamətləndirilən destruktiv qüvvələr və sair haqda özü üçün o qədər də uyğun olmayan ifadələr işlətdi. Türkiyədə anti-Amerika əhval-ruhiyyəsinin yayılması göz qabağındadır. Bu anti-Amerika əhval-ruhiyyəsini yayanları da zənnimcə, ABŞ hökuməti düzgün təsbit edə bilib. Bu səbəbdən də Amerika Türkiyəyə qarşı qəzəblidir. Doğrudur, indiki beynəlxalq münasibətlər, Avropa və NATO üçün yaranmış geosiyasi vəziyyət fərqli kateqoriyalarla düşünməyi, umu-küsünü bir kənara qoymağı tələb edir. Amma hər halda, məsələdə Ərdoğana bir dərs verməyə çalışacaqlar».