vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
16:43 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qaz əmtəədir, silah deyil»

Medvedyev: «Qəbul etdiyimiz öhdəliklərə sadiq qalacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qazprom» Almaniyaya qaz təchiz etmək üçün razılıq əldə etməyə söz verib. Aleksey Millerin rəhbərlik etdiyi şirkət bəyan edib ki, aprelin 6-da son ödəniş tarixi başa çatsa da, Ukrayna heç bir ödəniş etməyib. Bu barədə «Natural Gas Europe» xəbər portalı məlumat verib.

«Qaz silah deyil, əmtəədir. Biz Almaniyaya qarşı qəbul etdiyimiz öhdəliklərə sadiq qalacağıq», - «Qazprom»un vitse-prezidenti Aleksandr Medvedyev Almaniyanın «Handelsblatt» qəzetinə müsahibəsində deyib.

Rusiya Avropanın işlətdiyi təbii qazın 30 faizini təmin edir və bu məbləğin yarıdan çoxu hələ də Ukrayna vasitəsilə ötürülür.

Ötən həftə Rusiyanın dövlət tərəfindən idarə olunan «Qazprom»u Ukrayna üçün qiyməti 1000 kubmetrə 268,50 dollardan 485,50 dollara – 81 faiz qaldırıb. Kiyev bildirib ki, bu addım siyasi motivlidir. Moskva isə qiymət dəyişikliyini Kiyevin qaz borclarını ödəməməsi ilə əsaslandırıb.

«Ukrayna heç bir ödəniş etməyib», - aprelin 7-də «Qazprom»un sözçüsü «Reuters»ə bildirib, lakin başqa gecikmə halları da baş verərsə, hansı nəticələr ola biləcəyini deməkdən imtina edib.