Dünyanı təhdid edən yeni bəla
Kökü kəsilmiş hesab edilən xəstəliklər geri qayıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyada meymunçiçəyinə ilk yoluxma
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
-
Britaniyada 104 nəfərdə meymunçiçəyi aşkarlanıb
Əksəriyyəti mavilər və biseksuallardır
-
Planlaşdırılmış epidemiya?!
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
-
ABŞ vaksin hazırlayır
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
-
DST yoluxucunu təhlükəli saymır?
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
-
Meymunçiçəyi çoxmu təhlükəlidir
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
-
Erkən əlilliyə səbəb olan xəstəlik
Hemofiliya riskini azaltmaq üçün nə etməli?
-
1 milyard insanı gözləyən risk
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
-
“Qəti istifadə etməyin!”
ÜST-dən trans yağı xəbərdarlığı
-
Hər il 7 milyon insanı öldürür
Ekoloji fəlakətin fəsadları çox ağırdır
-
Ətin qiyməti niyə bahalaşır?
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
-
Bir qitəni məhvə aparan vərdiş
Azərbaycanda durum necədir?
-
«85 min qan donoru aşağı göstəricidir»
Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...
-
«Dünyada hər il 1.2 milyon yeniyetmə ölür»
ÜST-ün hesabatı: «Ölüm hallarının üçdə ikisi Səhraaltı Afrika və cənub-şərqi Afrikanın payına düşür»
-
Əfqan kişilərin xəyalı
Ən tənbəl, təhsilə çox pul xərcləyən, ən alkoqolik...
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
«Malyariya Azərbaycanda ictimai səhiyyə səviyyəsində əhəmiyyətə malik yeganə transmissiv xəstəlikdir». Bunu mediaya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı nümayəndəliyindən bildiriblər.
Xəbərdə deyilir ki, aprelin 7-də qeyd edilən Ümumdünya Sağlamlıq Günü «Transmissiv xəstəliklərin qarşısının alınması, kiçik sancma, böyük təhlükə» şüarı altında malyariyaya həsr olunacaq.
Qeyd edək ki, Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də ÜST-in 1948-ci ildə yaradılmasının ildönümünü qeyd etmək üçün keçirilir. Dünyada ictimai səhiyyəni narahat edən prioritet sahə hər il seçilən Ümumdünya Sağlamlıq Gününün mövzusunda əks olunur.
ÜST-in dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirilir ki, dünya əhalisinin yarıdan çoxu ağcaqanadlar, milçəklər, gənələr, su ilbizləri və digər keçiricilər vasitəsilə ötürülən malyariya, denge, leyşmanioz, Laym xəstəliyi, şistosomoz və sarı qızdırma kimi xəstəliklərin riskinə məruz qalır. Hər il 1 milyarddan çox insan transmissiv xəstəliklərlə yoluxur və 1 milyondan artıq şəxs bu xəstəliklərdən həyatını itirir.
ÜST bu xəstəliklərin qarşısının tamamilə alınmasının mümkün olduğunu qeyd edir: «Xəstəlik keçiricilərinə qarşı nəzarətə üstünlük verən qlobal sağlamlıq planı bir çox həyatı xilas edə və hədsiz iztirabın qarşısını ala bilər. Sadə və ucuz müdaxilələr, məsələn, insektisidlə hopdurulmuş miçətkən və evin daxilində insektisidlərlə işləmə artıq milyonlarla həyatı xilas edib. XX əsrdə heç kəs ağcaqanadın, milçəyin, mığmığanın və ya gənənin sancması nəticəsində vəfat etməməlidir».
ÜST-in hesabatında deyilir ki, Avropa regionunda yeni transmissiv xəstəliklər yaranır və kökü kəsilmiş hesab edilən xəstəliklər geri qayıdır. Əhalinin səyahəti, ekologiyada, iqlimdə və ətraf mühitdə baş verən dəyişikliklər, siyasi və sosial-iqtisadi vəziyyətin pisləşməsi və yoluxmanın qarşısını alan və nəzarət edən tədbirlərin pozulması yenilənən bu ictimai səhiyyə probleminin əsasını təşkil edir.
ÜST xəbərdarlıq edir ki, yoxa çıxan malyariyanın gözlənilmədən yenidən yayılması dünyanı təhdid edən böyük bəladır. Leyşmanioz, Krım-Konqo hemorragik qızdırma, gənə ensefaliti, Laym xəstəliyi və Çaqas xəstəliyi kimi xəstəliklərin baş verməsi və yayılması halları artır.
Bu yaxınlarda denge, çikunqunya və Qərbi Nil virusunun əvvəllər rast gəlinmədiyi ölkələrdə baş qaldırması səyahət və ticarət, mümkün ekoloji və iqlim dəyişmələri ilə bağlı potensial təhlükələrə işarə verir: «Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başladı. 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-dək artdı və 1996-cı ildə malyariya hallarının sayı 13135-ə çatdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkədə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başladı. 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya qəbul etdi. Bu strategiya 2008-ci il, martın 3-də Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi».