Əfqan kişilərin xəyalı
Ən tənbəl, təhsilə çox pul xərcləyən, ən alkoqolik...
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Talibanın zirvə arzusu
Əfqanıstan administrasiyası BRİCS sammitinə heyət göndərmək istəyir
-
“Səsimizi çıxarsaydıq, belə olmazdı”
Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu
-
Qadın xəyallarının qəbiristanlığı
Kişilərə baxması qadağan edilən zərif cinsin nümayəndələrindən Talibana sərt etiraz
-
Əfqanıstanda zaman geri gedir
Xüsusən də ABŞ-ın çəkilməsindən sonra unudulan ölkə zülmətə girəcəkmi?
-
Qadın idmançıdan cəsur addım
Manija Talaş diskvalifikasiya edilsə də əfqan qadınların səsini dünyaya çatdırdı
-
2025-ci ilin martına qədər ...
İran 2 milyon insanı deportasiya edəcək
-
Baydenə “Əfqanıstandan qaçmaq” ittihamı
“Administrasiyasının imicini əməkdaşların təhlükəsizliyindən üstün tutub”
-
Əfqanıstanın London səfirliyi bağlandı
Səfirliyə 3 həftə, əməkdaşlara isə ölkəni tərk etmək üçün 3 ay vaxt verildi
-
Taliban dünyadan kömək istəyir
Meymun çiçəyi virusuna qarşı...
-
“Bunların hətta mövcud olması inanılmazdır”
Taliban haqda sənədli filminin rejissoru Əfqanıstanda gördüklərindən danışıb
-
Apardı sellər dünyanı
Daşqınlar nəticəsində 100-ə yaxın ölü, yüzlərlə yaralı var, milyonlarla insan blokadada qalıb
-
Talibandan BMT-yə embarqo
Xüsusi məruzəçisi Bennetin ölkəyə girişi qadağan edilib
-
Əfqanıstanda orta əsr qanunları
Saqqalsız polisləri qovdular, musiqi alətlərini sındırdılar
-
Talibana “təhsil” çağırışı
“Əfqanıstanın güclü tərəfləri təhsil, birlik və milli harmoniyadır”
-
Əfqanıstandan qaçan qadınların sayı iki dəfə artıb
“Türkiyə və ya İrana keçməyə çalışan qadınlar böyük təhlükə altındadır”
-
Uçurumun kənarında
Pakistan ABŞ-ın Əfqanıstandan çıxarılmasının üçüncü ildönümü səhnəsinə necə baxır?
Dünya ölkələri ilə bağlı bilinməyən gerçəklərin toplandığı ayrı-ayrı kitablardan seçmələri Türkiyənin «Sabah» qəzeti təqdim edib. Modern.az saytı bu məlumatların bəzilərini oxucuları üçün təqdim edir.
Ən çox ölüm Əfqanıstanda baş verir.
Ölüm faizinin ən çox olduğu ölkə Əfqanıstandır. Eyni zamanda ən çox uşaq ölümlərinin yaşandığı ölkə də Əfqanıstandır. Əfqanıstan kişiləri ən azı 43,5 yaşına qədər yaşamağı xəyal edir. Bu isə dünyadakı ən aşağı ömür həddi olaraq bilinir.
Zimbabvedəki qadınlar üçün ən yüksək yaş həddi 43,6 ildir. Yapon qadınlar isə zimbabveli həmcinslərindən fərqli olaraq 86 il yaşayırlar.
Təhsilə ən çox pul xərcləyən xalq.
Kuba təhsilə ən çox pul xərcləyən ölkə sıralamasında birinci yeri tutub. Amma buna qarşılıq olaraq, dünyanın ən yaxşı 15 universiteti İngiltərə və Amerikadadır.
Ən tənbəl xalq fransızlardır.
Fransa sakinləri dünyanın ən tənbəl insanları seçilib. Aparılmış araşdırmaların nəticəsinə görə, fransızlar hər gecə ən azı 9 saat yatırlar - bu da Yer kürəsinin yerdə qalan əhalisinin yatdığı vaxtdan çoxdur.
Misal üçün, yaponlar və çinlilər orta hesabla 8 saat yatdığı halda britaniyalılar 7,5 saatını yuxuda keçirir. Tənbəllik sırasında ikinci yeri 8,5 saat yatan amerikalılar tutur. Üçüncü yerdə isə ispaniyalılar qərarlaşıb. Araşdırmalar nəticəsində fransızların daha bir xüsusiyyəti ortaya çıxıb. Beləliklə, məlum olub ki, fransızlar sutkanın 2 saatını yeməyə sərf edirlər. Ümumilikdə fransızlar hər zaman harasa tələsən və tələsik qidalanmağa üstünlük verən insanları anlamırlar. Bu xüsusiyyətə görə fransızlardan sonra Yeni Zelandiya və Yaponiya əhalisi gəlir. Onlar da yeməyə 2 saata yaxın vaxt sərf edirlər.
Ən çox içki içən xalq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada əhalisi ən çox spirtli içkidən istifadə edən ölkələrlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələri gözlənilməz olub. Araşdırma zamanı məlum olub ki, Moldova hər il adambaşına içilən 10 litr alkoqollu içki ilə Avropada birinci yerdədir. İkinci yerdə Lüksemburq, üçüncü yerdə Estoniya çıxıb. Əhalisi ən çox içki içdiyi düşünülən Rusiya isə gözləntilərin əskinə olaraq ilk yerlərdə deyil, 20-ci sırada qərarlaşıb. ÜST-nin hesabatına görə, son illərdə rusların 2/3-si alkoqollu içkidən istifadəyə son qoyub. Həm də artıq içki içən ruslar bel sərt alkoqollu içkiləri sevmir, ucuz deyil, bahalı alkoqollu içkilərə üstünlük verirlər. Rusiyanın siyahıdakı qonşuları Danimarka, Xorvatiya və Böyük Britaniya olub. Türkiyə ən az alkoqollu içki içilən ölkələrdən biri olaraq göstərilib. Norveç, İsveç və İslandiya kimi Skandinaviya ölkələri də siyahının aşağı pillələrində yer alıb.