Meymunçiçəyi çoxmu təhlükəlidir
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki virusa yoluxma üsulları fərqlidir
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
-
Meymun çiçəyi yayılır
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
-
“Yoluxma davam edir”
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
“Həyat üçün təhlükəli qış”
Dünya Səhiyyə Təşkilatından Ukrayna xəbərdarlığı
-
Rusiyada meymunçiçəyinə ilk yoluxma
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
-
Yoluxma 6000-i keçdi
Xəstələrin 80 faizdən çoxu Avropadadır
-
Yeni qapanmalar olacaq?
Növbəti pandemiya elan olundu
-
Meymunçiçəyi pandemiya elan olundu
58 ölkədə 3400-dən çox yoluxma
-
“Təlaşa düşmək lazım deyil”
“Meymunçiçəyi COVİD-19 kimi narahatedici səviyyədə deyil”
-
Britaniyada 104 nəfərdə meymunçiçəyi aşkarlanıb
Əksəriyyəti mavilər və biseksuallardır
-
“Bizə cavablar lazımdır”
Koronavirusun laboratoriyadan sızması versiyası araşdırılmalıdır
-
1000-dən çox xəstə var
Meymunçiçəyi epidemiyası realdır
-
Planlaşdırılmış epidemiya?!
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
-
ABŞ vaksin hazırlayır
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
-
DST yoluxucunu təhlükəli saymır?
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
Dünyanın səhiyyə rəsmiləri Avropada və başqa yerlərdə meymunçiçəyinə yoluxmaların artmasıyla bağlı həyəcan təbili çalırlar. “Reuters” agentliyi əsasən Afrikanın qərbi və cənubu üçün xarakterik olan bu virus infeksiyasının nə dərəcədə təhlükə yaratdığını araşdırıb.
Dünya Səhiyyə Təşkilatı (DST) şənbə gününədək (21 may) 12 üzv ölkədə 92 yoluxmanın təsdiqləndiyini, 28 şübhəli yoluxmanın qeydə alındığını bildirib.
Qurum xəstəliyin aşkarlanmadığı ölkələrdə müşahidəni genişləndirdikcə daha çox yoluxmaların tapılacağını, bir neçə günə yoluxmaların azaldılması üçün tövsiyələr verəcəyini deyib.
***
ABŞ səhiyyə rəsmisinin cümə günü dediyinə görə, hazırda meymunçiçəyinin ümumi ictimaiyyətə yaratdığı risk aşağıdır.
Meymunçiçəyi virusu qızdırma, ağrılara səbəb olur, kələkötür səpkilər yaradır.
Bu virus çiçək xəstəliyinə bağlıdır, amma onun daha yüngül formasıdır. ABŞ-da aşkarlanmış Qərbi Afrika ştammının öldürücülük səviyyəsi 1 faizdir. ABŞ rəsmisi əksər şəxslərin 2-4 həftəyə virusdan sağaldığını deyib.
Bu virus qlobal COVİD-19 pandemiyasına səbəb olmuş SARS-CoV-2 kimi asanlıqla keçmir.
Ekspertlərin fikrincə, indiki meymunçiçəyi virusu aktiv səpkisi olan şəxslə sıx dəri təmasıyla yoluxur. Buna görə də yoluxmalar aşkarlanan kimi onun yayılmasını önləmək xeyli asan olur.
“COVİD respirator yolla keçir, çox yoluxucudur. Meymunçiçəyində belə deyil”, – Massaçusets Baş Xəstəxanasından Dr. Martin Hirş deyib.
***
“İndi baş verənlərə əsasən demək olar ki, bu virus əhaliyə cinsi yolla keçib, seksual yolla yoluxan infeksiyalar kimi yayılır”, – bunu isə DST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssini Deyvid Heyman deyib.
DST-ni narahat edən yoluxmaların bu virusun adətən yayılmadığı ölkələrdə aşkarlanmasıdır. Alimlər yoluxmaların mənşəyini anlamağa, virusla bağlı nəyin dəyişdiyini bilməyə çalışırlar.
İndiyədək yoluxmalar əsasən Britaniya, İspaniya və Portuqaliyada tapılıb. Kanada və Avstraliyada da yoluxmalar var, Bostonda isə bircə hal qeydə alınıb. Səhiyyə rəsmiləri ABŞ-da daha çox yoluxmanın aşkarlana biləcəyini deyirlər.
DST rəsmiləri həmçinin yay aylarında Avropa və digər yerlərdə adamların festivallar, partilər, bayramlarda daha çox bir araya gəlməsilə yoluxmaların artacağından narahatdırlar.
***
Britaniyada xəstələrə baxan tibb işçilərini çiçəyə qarşı vaksin vurmağa başlayıblar. ABŞ hökuməti bütün əhalisinə çatacaq qədər peyvəndin olduğunu bildirib.
Müəyyən şəraitdə meymunçiçəyinə qarşı istifadə oluna biləcək antivirus dərmanları da mövcuddur.
Ümumilikdə isə səhiyyə rəsmiləri adamları səpkisi olan, yaxud özünü yaxşı hiss etməyən şəxslərlə sıx təmasdan yayınmağa çağırırlar. Meymunçiçəyindən şübhələnən adamlar özlərini təcrid etməli, müalicə almalıdırlar.
“Viruslar yeni şey deyil, gözlənəndir”, – Kanadada Saskaçevan Universitetində Vaksin və Yoluxucu Xəstəlik Təşkilatının virusoloqu Ancela Rasmussen agentliyə deyib.
Rasmussenin sözlərinə görə, qlobal səyahətin artması, həmçinin iqlim dəyişikliyi virusların peyda olaraq yayılmasını sürətləndirib. Dünya COVİD pandemiyası fonunda istənilən yoluxma dalğasına qarşı daha ayıq-sayıqdır, o vurğulayıb.
COVİD-19 iki ildən çox müddət ərzində dünyada 6 milyon 200 mindən çox ölümə səbəb olub. Yoluxma sayı ilə 525 milyondan artıqdır.