vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
16:02 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenski Türkiyəyə gəlir

Ukrayna prezidenti sabah Ankarada Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gəlir. Zelenskinin Ankaraya səfəri ilə bağlı Türkiyə prezidentliyinin kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun, “Görüşlər zamanı Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq”, – deyib.

Altun sosial media hesabındakı açıqlamasında, “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, fevralın 18-də onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Vladimir Zelenski ilə Prezident Kompleksində görüşəcək”, – paylaşımın edib.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq”.