

Vatikan: “Papa Fransis həyati təhlükəni geridə qoydu”
Vatikanda Papanın onu sevənlərə təşəkkür edən səs yazısı yayımlandı
Katoliklərin lideri Pasxa ayinini ötürməli olacaq
Papanın son sağlamlıq vəziyyəti açıqlanıb
“Tənəffüs vəziyyətinin qəfil pisləşməsi aspirasiyaya səbəb olub”
Vatikan: “Papanın səhhəti son 24 saatda bir qədər yaxşılaşıb”
Vatikan: “Xəstəliyin gedişi ilə bağlı proqnoz vermək mümkün deyil”
Vatikan: “Papanın səhhəti kritik olaraq qalır, lakin ...”
Mürəkkəb ağciyər infeksiyası ilə əlaqədar böyrəyində kiçik ilkin pozğunluq meydana gəlib
Papanın vəziyyəti kritikdir, lakin ...
Papanın səhhəti kritik olaraq qalır
Roma Papası gələn həftəni də xəstəxanada keçirəcək
88 yaşlı Papanın bir müddət xəstəxanada qalacağı bildirilir
Fransisk bronxit müalicəsi üçün 5 gün həkim nəzarətində ola bilər
Roma Papası Fransisk dindarlardan üzr istəyib
Nəfəs almaqda çətinlik çəkən Papanın çıxışını köməkçisi tamamlayır
Katolik xristianların ruhani lideri Papa Fransiskin “mürəkkəb” kliniki xəstəliyi səbəbindən “bronxit” müalicəsi üçün aparıldığı xəstəxanada müalicəsinin davam edəcəyi bildirilib.
Vatikan açıqlamasında Papa Fransiskin tənəffüs yollarında “çoxsaylı bakterial infeksiyaların” aşkar edildiyini və həkimlərin Papanın müalicəsinin dəyişdirilməsinin lazım olduğunu bildirib.
“İndiyədək aparılan bütün testlər bir müddət xəstəxanaya yerləşdirmə tələb edəcək mürəkkəb klinik mənzərəni göstərir”, – məlumatda deyilir.
Vatikanın sözçüsü Matteo Bruni təsdiqləyib ki, 2013-cü ildən Roma Papası olan 88 yaşlı Fransisin dərmanlarının dəyişdirilməsini tələb edən bir xəstəlik var.
Vatikan bəyanatında Papa Fransisin xəstəxanada yatmasının 5-ci günündə həmişəki kimi səhər yeməyi yediyi və qəzet oxuduğu da bildirilir. Bildirilib ki, Papanın səhhəti ilə bağlı son məlumat axşam saatlarında veriləcək.
Papa Fransisk Romadakı Gemerelli Xəstəxanasında müalicəsini davam etdirərkən, Vatikan həftə sonu keçiriləcək iki məclisin ləğv edildiyini açıqlayıb.
“Papanın səhhətinə görə 22 fevral şənbə günü keçiriləcək yubiley mərasimi ləğv edilib”, – deyə məlumatda bildirilir. Bildirilib ki, bazar günü keçirilməsi planlaşdırılan mərasimə yüksək səviyyəli din xadimi təyin olunub.
Papa Fransisk fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini bildirib və köməkçilərindən onun çıxışlarının mətnlərini oxumağı xahiş edib.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
Papa 2021-ci ildən bəri bir çox sağlamlıq problemlərindən, o cümlədən yırtıq və kolon əməliyyatından, həmçinin xroniki diz ağrısından və siyatikdən əziyyət çəkir.
***
17 dekabr 1936-cı ildə anadan olan Papa Fransisk yaxın tarixin ən yaşlı dini rəhbəri seçilib. Papa Fransisk 13 mart 2013-cü ildə Papa XVI Benediktin istefasından sonra Katolik Kilsəsinin lideri seçilib.
1929-cu ildən bəri dünyanın ən kiçik dövləti olan Vatikanın lideri vəfat edərsə və ya istefa edərsə, dünyanın hər yerindən kardinallar növbəti Papanın kimin olacağına qərar vermək üçün Sikstin kapellasına toplaşacaqlar.
Papa olmağa uyğun görülən namizədlərin seçilməsi üçün Vatikanda keçiriləcək səsvermədən sonra Sikstin kapellasının bacasından tüstü qalxması ilə bağlı elan veriləcək.
Səsvermənin dörd turunda səslərin üçdə ikisini toplayan namizəd katoliklərin yeni ruhani lideri seçiləcək. Əgər kardinallar yeni papa seçə bilsələr, Sikstin kapellasından qalxan tüstü ağ olacaq. Əgər kardinallar yeni papanın seçilməsi ilə bağlı razılığa gələ bilməsələr, Sikstin kapellasının bacasından qara tüstü qalxacaq.