

Vatikan: “Papa Fransis həyati təhlükəni geridə qoydu”
Vatikanda Papanın onu sevənlərə təşəkkür edən səs yazısı yayımlandı
Katoliklərin lideri Pasxa ayinini ötürməli olacaq
Papanın son sağlamlıq vəziyyəti açıqlanıb
“Tənəffüs vəziyyətinin qəfil pisləşməsi aspirasiyaya səbəb olub”
Vatikan: “Papanın səhhəti son 24 saatda bir qədər yaxşılaşıb”
Vatikan: “Xəstəliyin gedişi ilə bağlı proqnoz vermək mümkün deyil”
Vatikan: “Papanın səhhəti kritik olaraq qalır, lakin ...”
Mürəkkəb ağciyər infeksiyası ilə əlaqədar böyrəyində kiçik ilkin pozğunluq meydana gəlib
Papanın vəziyyəti kritikdir, lakin ...
Roma Papası gələn həftəni də xəstəxanada keçirəcək
Papa Fransiskin sağlıq vəziyyəti açıqlandı
88 yaşlı Papanın bir müddət xəstəxanada qalacağı bildirilir
Fransisk bronxit müalicəsi üçün 5 gün həkim nəzarətində ola bilər
Roma Papası Fransisk dindarlardan üzr istəyib
Nəfəs almaqda çətinlik çəkən Papanın çıxışını köməkçisi tamamlayır
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin kritik olduğu, səhər saatlarında astma tutması keçirdiyi, bu səbəbdən ona oksigen dəstəyi (süni nəfəs) aldığı, həmçinin trombositlərin aşağı olması səbəbindən qan köçürüldüyü bildirilib.
Ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə fevralın 14-dən etibarən Romadakı Gemelli Xəstəxanasında müalicə olunan, polimikrob infeksiyası və iki tərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı Vatikan yazılı açıqlama verib.
“Papanın səhhətinin vəziyyəti kritik olaraq qalır. Buna görə də, dünən elan edildiyi kimi, Papa hələ də təhlükədən qurtulmayıb”, – məlumatda deyilir.
Vatikan açıqlamasında: “Bu səhər Roma Papası Fransisk uzun müddət astma tutması keçirdi və oksigen terapiyası tələb etdi. Bu gün edilən qan analizlərində anemiya və trombositopeniya aşkar edildi. Bunun üçün qan köçürülməsi lazım idi. Papa huşunu itirib və bütün günü kreslosunda keçirdi, lakin dünənkindən daha sıxıntılı vəziyyətdədir”.
Vatikan səhər saatlarında Papanın xəstəxanada müalicə aldığı üçün ənənəvi bazar namazını sabah qıla bilməyəcəyini və duanın mətninin paylaşılacağını açıqlayıb.
Digər tərəfdən, Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin, “Corriere della Sera” qəzetinə verdiyi açıqlamada, Papa Fransiskin vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa verə biləcəyi ilə bağlı əvvəlki açıqlamasının son günlər yenidən gündəmə gəlməsi ilə bağlı bunları söylədi: “Bütün bunlar lazımsız fərziyyələrdir. Hazırda Papanın səhhəti və Vatikana qayıdışı vacib məsələdir”.
***
2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
Katolik ruhani lideri son illərdə diz ağrısı səbəbindən əlil arabasından istifadə edirdi.
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də xəstəxanaya müraciət edən və daha sonra tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilən Papanın sağlamlıq vəziyyəti ilə bağlı fevralın 18-də Vatikandan verilən açıqlamada Papa Fransiskin pnevmoniyaya tutulduğu və klinik vəziyyətinin mürəkkəb mənzərəni davam etdirdiyi bildirilib.
Vatikanın fevralın 19-da verdiyi açıqlamada Papanın oksigen dəstəyi almadığı və təkbaşına nəfəs ala bildiyi, dünənki açıqlamasında isə “cüzi yaxşılaşma” göstərdiyi qeyd edilib.
Papanın bu həftə sonu üçün planlaşdırdığı tədbirlər də ləğv edilib.