vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
18:10 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1789 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banklar bərabərsizliyə qarşı

67 nəfər şəxs dünya var-dövlətinin yarısına sahibdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal bərabərsizlik iqtisadi və sosial həyatı təhlükədə qoyur. «Oxfam»ın yanvar hesabatına görə, 85 nəfərin var - dövləti dünya əhalisinin yarısını təşkil edən yoxsul təbəqənin ümumi var-dövlətinə bərabərdir. «Forbes» jurnalı «milyarderlər siyahısını» yeniləyərək, bərabərsizliyin bir az da artdığını bildirib. Belə ki, indi 67 nəfər dünya var-dövlətinin yarısına sahibdir.

«Oxfam» Amerikanın rəhbəri Rey Offenhayzer (Rey Offenheiser): «Bankın prezidenti Cim Kim (Jim Kim) və Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard kosmik sürətlə artan bərabərsizliyin təhlükələri haqqında bildiriş veriblər. Bu həftə biz onların fikirlərini dəstəkləmək üçün real təşəbbüsləri gözdən keçirəcəyik», - deyə məsələyə münasibət bildirib.

«Tarazlığı qorumaq üçün beynəlxalq maliyyə təşkilatları ölkələrə verdikləri tövsiyələrdə səhiyyə, təhsil və proqressiv maliyyə siyasətinə doğru dəyişiklik etməlidirlər», - Offenhayzer deyib.

Rey Offenhayzerin fikrincə, «BVF  qəbul etməlidir ki, bərabərsizliyin əsas səbəbi korporativ gəlir vergisindən yayınmaqdır - şirkətlər öz paylarına düşən vergini ödəməlidirlər.»

Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrdə hər il korporativ vergilərdən yayınma gözlənən 100 milyarddan 160 milyard dollara qalxır.

«BVF və Dünya Bankına məlumdur ki, ciddi iqtisadi tədbirlər bərabərsizliyi artırır. Onlar 1980-90-cı illərdə inkişaf etməkdə olan ölkələrə səhiyyə və təhsil sahəsinə ayrılan vəsaitin kəskin azaldılmasını məsləhət görmüşdülər. Bu ölkələrin bəziləri 20 ilə özünə gələ bildi. Varlılar və yoxsullar arasında fərqlər daha da artdı, ümumi inkişaf olsa da, yoxsul ölkələr getdikcə daha da yoxsullaşdılar», - o əlavə edib.

«Oxfam» BVF və Dünya Bankının yazda Vaşinqtonda keçiriləcək görüşündə aşağıdakı təklifləri verəcək: 

  • BVF və Dünya Bankının öz üzvləri ilə bərabərsizlik və yoxsulluq məsələsini müzakirə etməsi;
  •  
  • Varlılar arasındakı boşluğun 10 faiz, yoxsullar arasındakı boşluğun isə 40 faiz azaldılmasının öhdəliyə götürülməsi;
  •  
  • Kəskin gəlir bərabərsizliyinin gətirdiyi iqtisadi, sosial və inkişaf ziyanlarını aradan qaldırmaq üçün BVF və Dünya Bankının kredit və tövsiyə siyasətini dəyişməsi;
  •  
  • Dünya Bankının yeni «post 2015 qlobal inkişaf strukturunda» bərabərsizliklə bağlı hədəfləri dəstəkləməsi.