Axına qarşı üzən «Bitcoin» ...
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
Vahab RZAYEV, APA Analitik Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
SEC-in qərarının “Bitcoin”ə zərbəsi
Kriptovalyuta bir ayda 2000 dollar dəyər itirdi
-
“Bir gün bütün pullar...”
Məşhur bankdan kriptovalyutalarla bağlı ilginc iddia
-
Nəhəng bankın qərarı «Bitcoin»i bahalşdırdı
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
-
5 milyard mənimsəyib
«Bitcoin»in yaradıcısına dələduzluq ittihamı
-
Bazarda 1367 ədəd virtual pul dolaşır
Milyardlarla avro kripto valyutalar vasitəsilə «yuyulur»
-
«Bitcoin» yenidən ucuzlaşdı
Kriptovalyutanın qiyməti 10 min dolların altına düşdü
-
«Kriptovalyutalar piramidadır»
Dünya Bankı: «Necə olacağı hələ də dəqiq deyil»
-
««Bitcoin»i qumara bənzəyir»
İngiltərəli maliyyəçi: «Kriptovalyutaya pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar»
-
««Bitcoin» çox spekulyativ aktivdir!»
Yellen: «Ondan çirkli pulların yuyulmasında istifadə edilə bilər»
-
«Bitcoin» birjaları çökdü...
... Kriptovalyuta kəskin ucuzlaşdı!
-
«Bitcoin» üçün bədbin proqnoz
«Virtual valyutanın çökməsi ehtimalı 80 faizdən yüksəkdir»
-
««Bitcoin»dən uzaq durun»
Qısa müddətdə dəyəri 10 min dolları keçəcək virtual valyuta niyə təhlükəlidir?
-
Ödəniş vasitəsi, yoxsa investisiya aləti?
Kriptovalyuta pul deyil, pulun arxasında real aktivlər dayanmalıdır
-
«Bitcoin» - mənşəyi məlum olmayan «məxfi sikkə»
Kriptovalyutaların yeni dövrün pulu, yoxsa spekulyasiya aləti olması hələ də mübahisəlidir
-
Bitkoin nədir ...?
... və Azərbaycanda ondan istifadə nə dərəcədə realdır?
-
Bitkoində tarixi rekord
Virtual pul 6 000 dollar həddinə yaxınlaşıb
Son günlər dünyanın bir nömrəli kriptovalyutası statusunu qoruyan «Bitcoin»lə bağlı bir neçə maraqlı hadisə baş verib, bəyanatlar səsləndirilib. Baş verən hadisələr «Bitcoin» tərəfdarlarının kefinə soğan doğrayacaq qəbildən olan hadisələrdir.
Cənubi Koreya hökuməti bəyan edib ki, ölkə ərazisində bütün kritpovalyutaların, o cümlədən «Bitcoin»in ticarətinə qadağa qoymağa hazırlaşır. Ədliyyə naziri Park Sanq-ki bəyan edib ki, hazırda hökumət yerli birja meydançalarında bütün virtual valyutalarla ticarət qadağan edən qanun layihəsi hazırlayır. Bu qanun layihəsinin qəbulu üçün parlament üzvlərindən ən azı 297 nəfərin dəstəyi lazımdır. Qanunun hazırlanması, səsverməyə çıxarılması və qüvvəyə minməsi aylarla uzana bilər, lakin bu bəyanat kriptovalyutaların kursuna dərhal təsir edib və «Bitcoin» kotirovkaları yerli birjalarda və mübadilə məntəqələrində 20 faiz azalıb. Səbəb sadədir, hesablamalara görə, dünyada mövcud olan «Bitcoin»lərin təxminən yarısı Cənubi Koreya vətəndaşları tərəfindən satın alınıb. Dünyanın ən iri maliyyə mərkəzlərindən olan Cənubi Koreyanın kriptovalyutalara münasibəti «Bitcoin»in taleyini müəyyənləşdirmək imkanına sahibdir və onun dünya miqyasında taleyinə təsir edə bilər.
Cənubi Koreyanın hökumətinin bəyanatı dünyanın nüfuzlu maliyyə tənzimləyicilərinin kriptovalyutalara necə yanaşmaq barədə baş sındırdığı dövrə təsadüf edib. Bu məsələdə ciddi fikir ayrılığı müşahidə olunmur. Məsələn, ABŞ-da kriptovalyutalara daha liberal yanaşırlar və oradakı tənzimləyicilər hətta «Bitcoin» üzrə fyuçers kontraktlarının ticarətinə icazə veriblər. Hazırda Çikaqo əmtəə birjasında (Chicago Mercantile Exchange Inc. (CME) və CBOE Futures Exchange (CFE) birjasında «Bitcoin» üzrə fyuçers kontraktları ilə ticarət aparılır, Cantor Exchange broker şirkətinə isə «Bitcoin» üzrə binar opsionları ilə ticarətə icazə verilib. Dekabrın ortalarında verilən qərar «Bitcoin» tərəfdarlarının nikbinliyini artırsa da, Cənubi Koreya hökumətinin qərarı onları yenidən bədbinləşdirib.
Dünyanın ən iri institusional və portfel investorlardan Berkshire Hathaway investisiya şirkətinin rəhbəri, multimilyarder və dünyanın ən nüfuzlu investisiya məsləhətçisi və təhlilçilərindən biri olan Uorren Baffet qısa və konkret bəyan edib ki, heç zaman kriptovalyutaya investisiya etməyəcək. «Bilmirəm ki, bu hansı yolla baş verəcək, amma əminəm ki «Bitcoin»i pis final gözləyir». Baffet virtual valyutalarını tənqid edənlərin sırasına qoşularaq, «Bitcoin»in perspektivinə daha bir zərbə vurub.
İsrail Mərkəzi Bankı da bəyan edib ki, heç zaman «Bitcoin» kimi virtual valyutaları real valyuta kimi qəbul etməyəcək və onları yalnız maliyyə aktivi kimi dəyərləndirəcək. Reuters Breakingviews isə virtual valyutalara və ümumiyyətlə onların pul olub-olmamasına həsr olunan ciddi yazı dərc edib və burada əsas diqqət «Bitcoin»ə ayrılıb. Yazıda həm də pul anlayışı, onların tarixdə yaranması, minilliklər əvvəl müxtəlif pul vahid və növləri misal gətirilir. Məqalənin adı hər şeyi deyir: «Bitcoin heç zaman real pul olmayacaq» (Bitcoin will never be real money). Nəticədə müəllif qərara gəlir ki, «Bitcoin» kimi kriptovalyutalar yalnız ilk baxışdan pul xüsusiyyətinə malikdir və onlar gələcəkdə yeni maliyyə aktivi və yeni növ virtual ödəmə vasitəsi ola bilər. Müəllifin digər arqumenti ondan ibarətdir ki, ölkələr öz pul vahidlərinin preroqativindən heç zaman imtina etməyəcək. Mənşəyi məlum olmayan pul vahidi ölkələr tərəfindən emissiya edilən və real aktiv və dövlət ehtiyatları ilə təmin edilən valyutalarla rəqabətdə heç vaxt uda bilməyəcək. Yəni «Bitcoin» yalnız maliyyə aktiv və spekulyativ alət kimi qalacaq. Əgər qalsa...
Buna da şübhələr var. Yuxarıda qeyd etdiyimiz Baffetin bəyanatına ciddi yanaşmaq lazımdır. Baffet dünya maliyyə bazarlarında o dərəcədə nüfuza malikdir ki, əgər, məsələn, proqnoz versə ki, gələn ay hər gün yağış yağacaq, investorlar çətir istehsal edən şirkətlərin qiymətli kağızlarını almağa üz tutacaqlar. Baffet təkcə bəyanatı ilə istənilən maliyyə alətinin taleyinə təsir edə bilir. Baffetin bəyanatının buna təsiri olub-olmadığı bilinmir, amma artıq iki iri Amerika investisiya şirkəti - Rafferty Asset Management LLC və Exchange Traded Concepts LLC «Bitcoin»lə ticarət edəcək, «bitcoin» üzrə törəmə alətləri (o cümlədən, fyuçers və opsionları) ilə əməliyyatları edəcək üç investisiya fondu yaratmağı təxirə salıblar və ABŞ-ın Qiymətli kağızlar üzrə Komissiyasına müvafiq müraciətlərini müvəqqəti geri çağırıblar. Bu addım şirkətlər tərəfindən şərh edilmir, qəbul olunan qərar yalnız ümumi sözlərlə ifadə olunur. Əsas səbəb kimi tənzimləyicilər tərəfindən həmin törəmə kağızların baza aktivi olan likvidliyi barədə narahatlıq göstərilir.
Kriptovalyutalarla bağlı son günlər səsləndirilmiş daha bir ciddi xəbər var. «Reuters» naməlum mənbəyə istinadən yazır ki, gələn ay ABŞ Senatın maliyyə xidmətləri üzrə bölmələri ölkənin aparıcı maliyyə federal tənzimləyiciləri ilə «Bitcoin», onun taleyi, perspektivləri və ən əsası mövcud riskləri və tənzimlənmə mexanizmlərinə həsr olunmuş dinləmələr keçirəcək. Dinləmələrdə Qiymətli kağızlar üzrə Komissiya və onun rəhbəri Cey Kleyton və Əmtəə fyuçerslərlə ticarəti üzrə Komissiya və onun rəhbəri Kristofer Cankarlonun məruzələri və mövqeləri dinləniləcək. Senat üzvlərini «Bitcoin»lə bağlı kotirovkaların dəyişkənliyi, yaratdığı ajiotaj, pərakəndə investorların böyük risklərlə üzləşməsi, həmin alətin nə olduğu, tənzimlənmə mexanizmlərin naməlum olması kimi məsələlər ciddi narahat edir. Qeyd edək ki, Cankarlo yanvarın əvvəlində kriptovalyutalarla bağlı növbəti bəyanat səsləndirib. Bəyanatda deyilir ki, virtual valyutalar tənzimləyicilər qarşısında yeni çağırışları qoyur, tənzimləyicilər həmin yeni alətlərdən imtina etmək və ya onlara qadağa qoymaq fikrində deyil (oxu: hələlik - müəl.), amma kriptovalyutalar ciddi və yeni tənzimlənmə mexanizmləri tələb edir. Bəyanatda deyilir ki, virtual valyutalar və onlar üzrə törəmə alətləri həm ciddi imkanlar, həm də ciddi problemlər gətirir və Komissiya tənzimləyici olaraq «Bitcoin» kimi virtual valyutaları ilə əlaqədar böyük riskləri dərk edir. Həm kotirovkaların dəyişkənliyi, həm dələduzluq imkanları, həm kibertəhlükəsizlik məsələləri, həm qeydiyyatdan keçməyən və nəzarətsiz olan ticarət meydançalarının mövcudluğu, həm bazarın manipulyasiya ehtimalları və s. - bütün bu riskləri federal agentliklər dərk edir və onların daimi müzakirə mövzularıdır.
Yuxarıda qeyd edilən bəyanat və xəbərlərin, yoxsa obyektiv amillərin təsirindəndir bilinmir, bəlkə də «Bitcoin» üzrə derivativlərin ticarətinə başlanmasının tarazlaşdırıcı təsiri altında «Bitcoin»in kotirovkaları yanvarın 5-dən 16,9 min dollardan 13,4 min dollara düşüb, yaxud qısa şəkildə desək 21 faiz ucuzlaşıb.
Etiraf etməliyik ki, «Bitcoin» və digər kriptovalyutalar hələlik dünya maliyyə bazarına xeyir verməkdən çox suallar yaradır. Hələlik «Bitcoin»in gələcəyi və perspektivlərinə dair ən real proqnoz «Reuters Breakingviews»in yazısında səslənib. Yazıda bildirilir ki, Əgər «Bitcoin» qalsa, bu yalnız maliyyə aktivi, spekulyativ alət və yeni texnologiyalarına əsaslandıran ödəmə vasitəsi şəklində olacaq. Əgər 2017-ci il «Bitcoin ili» adlandıra bilsək, 2018-ci il «Bitcoinin ölümü» və ya «sivil, real və rəsmi qaydada qəbul edilmə ili» olacaq. Hələlik bu kriptovalyutanın inkişafı daha çox axına qarşı üzməyə bənzəyir, onun sahilə çıxıb çıxmayacağı məlum deyil.
Vahab Rzayev, APA Analitik Mərkəzi