Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
11:16 | 10 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 176 dəfə baxılıb
Şriftin ölçüsü
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Bitcoin” fondlarına maraq davam edir
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib — kriptokart layihəsinə start verilib. Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər.
Layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub. Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub.
Tranzaksiya necə işləyir?
– İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s. ) kriptovalyuta saxlayır;
– Ödəniş anında bu aktiv dərhal bazarda satılır;
– Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur;
– Proses tam avtomatik və real vaxtda baş verir
Bu layihə hazırda pilot rejimdə həyata keçirilir – yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir. Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir “kriptopilot şəhər” – “CryptoCity” layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək.
Kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur.
Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur.
Qazaxıstanda 2020-ci ildən "Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib.
Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir.
Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib.
Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir – 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza - əlverişli mühit formalaşdırıb.
“BitGet” qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib.
Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb. Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır.
Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur.
Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Hökumətin bu istiqamətdə səylərini gücləndirilməsi vacibdir.