vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
12:59 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 1388 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İqtisadi artım yavaşlayacaq

BVF-nin proqnozları nə deyir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı yaydığı hesabatda bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən dünya iqtisadiyyatı gözləndiyindən daha yavaş inkişaf edəcək.

Təşkilat keçən ilki 6,1 faizlik artımla müqayisədə bu il üçün 3,6 faiz artım proqnozlaşdırır. Daha əvvəlki proqnoza əsasən artımın 4,4 faiz olacağı proqnozlaşdırılmışdı.

BVF-in hesabatında deyilir ki, “müharibənin iqtisadi təsirləri çox geniş şəkildə yayılmaqdadır”.

Müharibə ticarətin pozulması, yanacaq və ərzaq qiymətlərinin artması kimi mənfi iqtisadi tendensiyaları daha da gücləndirib.

“Bir neçə həftə ərzində dünya yenidən böyük transformasiya şoku yaşadı”, fondun baş iqtisadçısı Pier-Olivier Qourinças “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatın giriş hissəsində yazıb. “Pandemiyanın səbəb olduğu qlobal iqtisadi çöküşün davamlı bərpasından sonra göründüyü kimi, müharibə əldə olunan son nailiyyətlərin böyük bir hissəsinin silinəcəyi yönündə real perspektiv yaratdı”, o əlavə edib.

Digər tərəfdən BVF bu il Rusiya iqtisadiyyatında 8,5 faiz, Ukrayna iqtisadiyyatında isə 35 faiz azalma proqnozlaşdırır.

ABŞ, Çin və Avropada da müharibə nəticəsində iqtisadi yavaşlama gözlənilir.