
Rus ordusunun kabusu silah
ABŞ Misirə 5 milyard dollarlıq hava hücumundan müdafiə sistemi satır
ABŞ Misirə 5 milyard dollarlıq hava hücumundan müdafiə sistemi satır
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Misir və Mesopotamiya arasında genetik əlaqə tapıldı
Məktəb rəhbərliyi işdən qovuldu
Arxeoloqları öldürən göbələk xərçəngin müalicəsində istifadə edilə bilər
Ekipaj üzvləri həlak oldu
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
«The Guardian» yazır ki, Misir özünün milli valyutasının dəyərinin 48 faizini ləğv edib, başqa sözlərlə onu «üzən məzənnəyə» buraxıb. Məqalədə deyilir ki, bu, ölkənin Beynəlxalq Valyuta Fondundan qarşıdan gələn üç ildə 12 milyard dollar kredirt almasının əsas şərti idi.
Beləliklə indi 1 dollar 13 Misir funt sterlinqinə bərabərdir. İndiyədək 1 dollar 9 Misir funtu idi.
Beləliklə Misirin son onilliklərdəki tarixində ilk dəfə olaraq ölkənin milli valyutasının dəyərini bazar alqı-satqısı müəyən edəcək.
«The Guardian» yazır ki, bu tədbirin ölkədəki əmtəə qiymətlərini qaldıracağı və prezident Abdel Fattah əl-Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır.
2014-cü ildə prezident kürsüsünə əyləşən general əl-Sisi deyib ki, o yoxsulları inflyasiyadan qorumaq üçün əlindən gələni edıcık.
Onun göstərişi ilə yoxsul ailələrə şəkər və düyü kimi gündəlik tələbat mallarının yarı qiymətə satılması təmin edilməlidir.
Ölkənin ən böyük maqnatlarından Naquib Saviris «Twitter» hesabından yazıb ki, Misir milli valyutasının «üzən məzənnəyə» buraxılması əla addım olub.
Beynəlxaql Valyuta Fondunun Misirin üzərinə qoyduğu şərtlərdən biri də yanacağa dövlət subsidiyalarının dayandırılmasıdır.
Hökumət artıq indidən kartoçkalarla alınan şəkərin qiymətini 40 faiz qaldırıb.
Əhalini sakitləşdirməyə çalışan hökumət elan edib ki, ayrı-ayrı fərd və şirkətlərin bank əmanətləri qorunub saxlanacaq.
Banklara hər gün axşam saat 9-dək xarici valyutanın alqı-satqısına icazə veriləcək.