
Hər il 5,7 milyon insanı öldürür
Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir
Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
Sosial bərbarəsizlik və işsizlik artacaq
Gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
BVF-nin proqnozları nə deyir?
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
BVF proqnozlarına görə bu il daha ağır olacaq
... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur
BVF proqnozlarına görə, 18 dövlətin milli gəlirindən çox borcu olacaq
Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
Dünya Bankı: «Necə olacağı hələ də dəqiq deyil»
Beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.
Dünya Bankı və OECD daha da bədbindir. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.
Qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir. Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub. Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu.
Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır. Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal inflyasiyası qaçılmazdır. Bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq.
Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Rusiya-Ukrayna müharibəsi isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asılılığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir.