
Bretton Vudsa qayıtmağın vaxtıdır?
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
Sosial bərbarəsizlik və işsizlik artacaq
Gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
BVF proqnozlarına görə bu il daha ağır olacaq
BVF proqnozlarına görə, 18 dövlətin milli gəlirindən çox borcu olacaq
Dünyanın maliyyə rəsmiləri Vaşinqtonda
Maliyyə naziri BVF və DB-nin toplantılarına qatılacaq
Dünya Bankının İranla bağlı hesabatı
«Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır»
Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı yaydığı hesabatda bildirir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən dünya iqtisadiyyatı gözləndiyindən daha yavaş inkişaf edəcək.
Təşkilat keçən ilki 6,1 faizlik artımla müqayisədə bu il üçün 3,6 faiz artım proqnozlaşdırır. Daha əvvəlki proqnoza əsasən artımın 4,4 faiz olacağı proqnozlaşdırılmışdı.
BVF-in hesabatında deyilir ki, “müharibənin iqtisadi təsirləri çox geniş şəkildə yayılmaqdadır”.
Müharibə ticarətin pozulması, yanacaq və ərzaq qiymətlərinin artması kimi mənfi iqtisadi tendensiyaları daha da gücləndirib.
“Bir neçə həftə ərzində dünya yenidən böyük transformasiya şoku yaşadı”, fondun baş iqtisadçısı Pier-Olivier Qourinças “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatın giriş hissəsində yazıb. “Pandemiyanın səbəb olduğu qlobal iqtisadi çöküşün davamlı bərpasından sonra göründüyü kimi, müharibə əldə olunan son nailiyyətlərin böyük bir hissəsinin silinəcəyi yönündə real perspektiv yaratdı”, o əlavə edib.
Digər tərəfdən BVF bu il Rusiya iqtisadiyyatında 8,5 faiz, Ukrayna iqtisadiyyatında isə 35 faiz azalma proqnozlaşdırır.
ABŞ, Çin və Avropada da müharibə nəticəsində iqtisadi yavaşlama gözlənilir.