
Məhkəmə Liza Kuk haqqında qərarını açıqladı
Hökm Trampa zərbə oldu
Hökm Trampa zərbə oldu
Qlobal bazarların gözləri FED və siyasi inkişaflarda
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
Bəzi FED rəsmiləri sentyabrı ayındakı iclasla bağlı qərarsızdır
“Standard Chartered”dan FED faiz gözləntisi
ABŞ Maliyyə naziri Federal Ehtiyat Sisteminin yenidən nəzərdən keçirilməsini tələb edib
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Qlobal bazarlar faiz endirimi gözləntiləri ilə toparlanır, siyasi risklər gündəmdə
AMB üzvü qurumun müstəqilliyini müdafiə etdi
FED-in “Bej Kitab” hesabatında nələr var?
“Tədbir gələcəyini formalaşdıran baxışları öyrənməyi hədəfləyir”
Trampın FED namizədi Miran: “Federal Açıq Bazar Komitəsi çox mühüm missiyası olan qurumdur”
AMB rəhbərindən FED xəbərdarlığı
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
Beynəlxalq Valyuta Fondu (BVF) sözçüsü Culi Kozak, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz qərarlarını verərkən, həm ABŞ hökumətinin həyata keçirdiyi siyasətləri, həm də iqtisadi göstəriciləri nəzərə almalı olduğunu bildirib.
Culi Kozak mətbuat konfransında qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə dair fikirlərini bölüşüb.
Aprel ayından bəri qlobal iqtisadiyyatda ticarət gərginliklərinin formalaşdırdığı qarışıq göstəricilərin müşahidə edildiyini deyən Kozak, birinci rübdə tarif artımı gözləntilərindən əvvəl idxal və ixracda öncədən yükləmələrin həyata keçirildiyini xatırladıb.
O qeyd edib ki, son məlumatlar ticarətin istiqamət dəyişdirdiyini və bu yükləmələrin bir qədər zəiflədiyini göstərir.
Bəzi ticarət sazişlərinin bağlandığını xatırladan Kozak, ABŞ-ın polad, alüminium və mis kimi məhsullara tətbiq etdiyi tarifləri də artırdığına diqqət çəkib.
Kozak bildirib ki, BVF bu sahədəki bütün yenilikləri diqqətlə izləyir və gələn həftə yayımlanacaq Qlobal İqtisadi Görünüş (WEO) hesabatında daha əhatəli mənzərə təqdim ediləcək.
“ABŞ-da inflyasiyada yuxarı istiqamətli risklər qalır”
ABŞ Prezidenti Donald Trampın faiz endirimi üçün FED-ə təzyiq göstərdiyi bir vaxtda, bu qurumun qarşıdakı həftələrdə faizləri endirib-endirməyəcəyi ilə bağlı sualı cavablandıran Kozak, ölkə iqtisadiyyatının son bir neçə ildir ki, dayanıqlılıq nümayiş etdirdiyini deyib.
O bildirib ki, daxili tələbat sabit olaraq qalır, lakin istehlakçı və biznes inamında zəifləmə müşahidə olunur. Həmçinin birinci rübdə idxaldakı öncədən yükləmələrin iqtisadi artıma əhəmiyyətli təsir etdiyi vurğulanıb.
Kozak ABŞ-da əmək bazarının dayanıqlı qaldığını və işsizlik səviyyəsinin nisbətən aşağı olduğunu bildirib. O, inflyasiyanın FED-in 2 faizlik hədəfinə doğru irəlilədiyini qeyd etsə də, inflyasiyada yuxarı yönlü risklərin hələ də qaldığını vurğulayıb.
“Bu isə o deməkdir ki, olduqca qeyri-müəyyən iqtisadi mühitdə FED-in işi daha da çətinləşir. Buna görə də Federal Ehtiyat Sistemi növbəti faiz qərarlarının vaxtını və əhatə dairəsini qiymətləndirərkən, həm ABŞ hökumətinin həyata keçirdiyi siyasətləri, həm də mövcud iqtisadi göstəriciləri nəzərə almağa məcbur olacaq”, – deyə Kozak bildirib.