İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:26 | 5 iyun 2019 | Çərşənbə
Məqaləyə 2410 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Beynəlxalq təşkilatların proqnozları nəyi göstərir?
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Dünya Bankı dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri ilə bağlı yayımladığı yeni proqnozda İranla bağlı göstəricilərə də yer verib.
Proqnoza əsasən, İran Ümum Daxili Məhsulunun həcmi baxımından Nikaraquadan sonra ən pis indeksə sahib olan ölkə olacaq.
Bu Beynəlxalq qurum ötən ilin yarısında İranın 2019-cu il üçün iqtisadi inkişafını +4.1 faiz proqnozlaşdırsa da, cari ilin yanvar ayında bu rəqəmin -3.6 faiz olacağını bildirmişdi. Yeni yayılmış proqnoza əsasən isə, 2019-cu ildə İranın iqtisadi inkişafının həcmi -4.5 faiz olacaq.
Bank bunun səbəbinin Amerika Birləşmiş Ştatlarının sanksiyaları, xüsusilə də neft ixracatına qoyduğu embarqolar nəticəsində İranın dövlət gəlirlərinin azalması ilə əlaqələndirib.
Dünya Bankının İran iqtisadiyyatının inkişaf ilə bağlı proqnozu Beynəlxalq Valyuta Fondununkundan daha ürəkaçandır. Belə ki, Fond bu xüsusda hazırladığı son hesabatda bildirmişdi ki, İran iqtisadiyyatı 2019-cu ildə təqribən 6 faiz kiçiləcək.
Dünya Bankının proqnozlarla bağlı yayımladığı bu yeni hesabatda həmçinin qeyd edilir ki, İranda 2018-ci ilin yarısında təqribən 10 faiz olan inflyasiya həddi 2019-cu ilin aprel ayına qədər 52 faizə çatıb və riyalın öz dəyərini kəskin itirməsi də İran iqtisadiyyatının ən böyük problemlərindəndir.
Qeyd etmək lazımdır ki, ABŞ-ın 2018-ci ilin may ayında nüvə razılaşmasından çıxmaqla, rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi İran iqtisadiyyatını iflic vəziyyətə salıb. Noyabr ayının 5-də İranın dövlət gəlirlərinin 70 faizdən çoxunu təmin edən neft ixracatına sanksiya qoyulması ilə bu tənəzzül daha da sürətlənib. İranın milli pul vahidi- riyal isə 2018-ci ilin yayından bu günə qədər təqribən 70 faiz ucuzlaşıb.