
“Bir kəmər və bir yol” tələsi
Dünyanın ən kasıb 75 ölkəsi Çinə rekord məbləğdə borclanıb
Dünyanın ən kasıb 75 ölkəsi Çinə rekord məbləğdə borclanıb
2 ölkə 15,5 milyon dolları ödədi
Aşağı və orta gəlirli qruplara ağır zərbə vurur, iqtisadiyyata təsir edir
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur
Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
Dünya Bankı: «Necə olacağı hələ də dəqiq deyil»
«Bu, dünyanın alternativ enerji mənbələrindən istifadəyə və daha təmiz bir ekologiyaya qovuşması üçün atılan addımlardan biridir»
Neftin qiyməti bu səviyyədə qalsa, ...
Qlobal artımın bu il 2008-ci ildən bəri ən yavaş səviyyəsinə enməsi gözlənilir. Yavaşlama ticarət gərginliyi və ABŞ-ın tarifləri ilə əlaqəli siyasət qeyri-müəyyənliyi ilə əlaqədardır.
Bu qiymətləndirmə Dünya Bankının bu gün dərc etdiyi son Qlobal İqtisadi Görünüş hesabatında edilib.
Dünya cəmi altı ay əvvəl pandemiyadan sonrakı “yumşaq eniş”ə yaxınlaşdığı görünsə də, hesabat indi qlobal iqtisadiyyatın yenidən turbulentliyə girdiyini vurğulayır.
Dünya Bankı ölkələrin təxminən 70 faizi üçün artım proqnozlarına yenidən baxıb. Qlobal iqtisadi artımın 2025-ci ildə 2,3 faizə qədər yavaşlaması gözlənilir ki, bu da ilin əvvəlində proqnozlaşdırılan tempdən təxminən yarım faiz aşağıdır.
Yaxın perspektivdə qlobal tənəzzül proqnozlaşdırılmasa da, Dünya Bankına görə, növbəti iki il üçün ehtimallar özünü doğrultsa, 2020-ci illərin ilk yeddi ili 1960-cı illərdən bəri istənilən onilliyin ən yavaş orta artımını qeyd edəcək.
Ticarət və siyasət qeyri-müəyyənlikləri ilə yanaşı, qlobal artımın qarşısında duran digər maneələr arasında artan geosiyasi gərginlik, getdikcə tez-tez baş verən ekstremal iqlim hadisələri və əsas iqtisadiyyatlarda gözləniləndən aşağı artım templəri daxildir. Sonuncular qlobal miqyasda mənfi təsirlər göstərmək riski daşıyır.
Dünya Bankının Baş İqtisadçısı və İnkişaf İqtisadiyyatı üzrə Vitse-Prezidenti Indermit Gill bu mövzuda təəccüblü açıqlamalar verib: “Asiya istisna olmaqla, inkişaf etməkdə olan dünya faktiki olaraq inkişafdan məhrum bir bölgəyə çevrilir. O, uzun müddətdir ki, öz inkişaf potensialını bazara çıxarıb. Lakin inkişaf etməkdə olan iqtisadiyyatlardakı artım 2000-ci illərdə orta hesabla illik 6 faizdən, 2010-larda 5 faizə, 2020-ci illərdə 4 faizi altına düşdü. Bu, qlobal ticarətdəki artımla paralel olaraq eyni şəkildə 5 faizdən 4,5 faizə və indi 3 faizdən aşağı düşüb. Sərmayə artımı yavaşlayarkən, borc səviyyəsi rekord səviyyəyə çatıb.
Dünya Bankı həmçinin inkişaf etməkdə olan və yüksələn iqtisadiyyatlarda (EMDE) adambaşına düşən gəlir fərqlərinin aradan qaldırılmasında və ifrat yoxsulluğun azaldılmasında irəliləyişin zəifləyəcəyini proqnozlaşdırır. Bank iqlim dəyişikliyinin təsirləri də daxil olmaqla, uzun müddətdir davam edən problemlərlə mübarizə üçün daha çox dəstəyə çağırır.
Hesabata görə, EMDE ölkələrində hökumətlər inflyasiya risklərinin məhdudlaşdırılmasına və dövlət maliyyəsinin gücləndirilməsinə və bu kontekstdə xərclərin prioritetlərinin yenidən təşkilinə diqqət yetirməlidirlər.
Bununla belə, əgər əsas iqtisadiyyatlar ticarət gərginliyini azaltmağa nail olsalar, Dünya Bankına görə, qlobal artım gözləniləndən daha sürətli bərpa oluna bilər.
Təhlillərə görə, bugünkü ticarət mübahisələri tarifləri may ayının sonundakı səviyyələrdən yarıya endirməklə həll olunarsa, 2025 və 2026-cı illərdə qlobal artım orta hesabla 0,2 faiz bəndi yüksək ola bilər.