Kiprin birləşməsində qazlanma
«Həll tapılmadığına görə insanlar yorğun və məyusdurlar»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Kipr prezidenti Nikos Anastasiadis bildirib ki, Kipr ətrafında təbii qazın kəşfi adanın uzunmüddətli bölgüsü məsələsinin həlli üçün beynəlxalq səylərin artmasına təkan verə bilər. Həmçinin Rusiyaya alternativ olan enerji mənbəyinin yaranmasına gətirib çıxara bilər. Bu barədə «EurActiv» məlumat verir.
Lakin o, bildirib ki, yenicə bərpa edilmiş danışıqlardan nəzərə çarpan irəliləyiş barədə danışmaq üçün hələ çox tezdir.
Qeyd edək ki, yunan və türk kiprlilər arasında davam edən dərin fikir ayrılıqları dörd onillik ərzində diplomatların və siyasətçilərin səylərini nəticəsiz qoyub.
Aralıq dənizinin Levan hövzəsində kəşf olunmuş hasil edilə bilən təbii qazın demək olar ki, bir trilyon kubmetri iki il ərzində Avropanı qazla təmin etmək üçün kifayət edir.
Anastasiadis bildirib ki, bu kəşf və onun regiondakı ölkələrə firavanlıq gətirmək potensialı sülhün əldə olunmasını daha da vacib edir.
«Bu, Avropa və ABŞ üçün önəmlidir», - o, aprelin 15-də «Reuters»ə müsahibəsində bildirib.
«Avropanın rus qazına olan tələbatı heç vaxt sona çatmayacaq, lakin alternativ mənbələr ola bilər», - Anastasiadis deyib.
Faktiki olaraq, Anastasiadisin sələfi, Kiprin kommunist prezidenti Demetris Xristofias (Demestris Christofias) adanın birləşdirilməsi üçün dənizdəki qaz yataqlarının əhəmiyyətini daha əvvəl xüsusi olaraq vurğulamışdı. O ötən il qeyd etmişdi ki, yeni kəşf edilmiş mənbələrdən gəlir bölgüsü yalnız birləşmə barədə razılaşmaya əsasən mümkün ola bilər.
Ötən ay Rusiyanın Krımı işğalından sonra Avropa dövlətlərinin Rusiya enerjisindən asılılığı daha da artdı. Rusiya Avropa İttifaqının neft və qazının təqribən üçdə birini təmin edir.
Adanın bölünməsi və ərazi iddiaları yeni sahələrin inkişafını çətinləşdirə bilər. Həmçinin bu, İsrailə münasibətə də şamil edilir.
Şimalda separatçı dövləti dəstəkləyən Türkiyə adanın cənub və cənub-şərqindəki, dənizin qaz ehtiyatları ilə zəngin olan hissəsindəki yataqları «bağlamaq» hüquqları ilə bağlı mübahisə edirlər. Hətta bir neçə dəfə Ankara həmin əraziyə hərbi gəmilər də göndərib.
Kipr bildirir ki, su onun dəniz ərazisinə daxildir. Burada Fransanın «Total», ABŞ-ın «Noble Energy» və Cənubi Koreyanın «Kogas» şirkətlərinə tədqiqatlar üçün güzəştlər tətbiq edilir.
Beynəlxalq iştirakçılar
ABŞ Dövlət Departamentinin iki rəsmisi son iki ay ərzində adanı ziyarət edib və Anastasiadisin yeni tədbirlər görmək üçün cəsarətli olmaq barədəki çağırışını dəstəkləyib.
Bura Türkiyənin hərbi qüvvələrinin 1974-cü ildə yunan sakinlərinin tərk etdiyi, hazırda çəpərlənmiş ərazi olan Varoşa üzərindən nəzarətdən imtina etməsi və bloka birbaşa ixracın asanlaşdırılması üçün Aİ-nin nəzarəti altında Türkiyə-Kipr dəniz limanının fəaliyyətə başlaması daxildir.
«Beynəlxalq iştirakçıların və Avropanın marağı böyükdür. Ümid edirəm ki, müəyyən nöqtədən sonra hansısa elanlar vermək iqtidarında olacağıq. Lakin hələ ki dəqiq bir məlumat vermək üçün tezdir», - Anastasiadis deyib.
O, izah edib ki, bu tədbirlər prosesdə inamın bərpa edilməsində böyük rol oynaya bilər. Onilliklər ərzində gah başlayan, gah da sona çatan sülh təşəbbüsləri öz bəhrəsini verə bilər.
«Bir həll tapılmadığına görə insanlar yorğun və məyusdurlar», - Anastasiadis deyib. «İndiki məqamda tərəflərin ilkin mövqeləri təqdim edilir. Beləliklə də, heç bir irəliləyiş gözləmək mümkün olmayacaq.», Anastasiadis bildirib.
Onun fikrincə, «irəliləyiş odur ki, faktiki olaraq yenidən danışıqlara qayıtmışıq. Bütün diqqətimizi müəyyən bir çərçivəyə cəmləməliyik. Beləliklə, danışıqlar həmin çərçivədən kənara çıxmayacaq!», - o deyib.
Xatırladaq ki, fevral ayında Kipr türklərinin lideri Dərviş Əroğlu və Anastasiadis razılaşdırılmış gündəlik əsasında sülh danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər. Məqsəd Aİ standartlarına uyğun olaraq federal birlik barədə tərəfdaşlığın yaradılmasıdır.
«Bizim mövqeyimizdə fərq var. Türkiyə tərəfinin, hətta Avropanın mövqeyində fərqlər var», - Anastasiadis Aİ qaydaları və nizamlanmaları ilə bağlı əsasnaməyə istinadən deyib.
Prezident bildirib ki, Kipr türklərinin tərəflərin razılıq ərəfəsində olduğu ilə bağlı yaratdığı hər hansı bir təəssürat yalnış idi. «Mən bunu kimisə ittiham etmək məqsədilə demirəm. Heç kimi günahlandırmıram. Çox istərdim ki, bu, doğru olsun, lakin hələ ki o mərhələyə çatmamışıq, - prezident deyib.