vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:55 | 24 aprel 2014 | Cümə axşamı Məqaləyə 3103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 manatla büdcəni qazıyanlar

Nizamnamə kapitalı barmaq sayı qədər olan 88 şirkətə milyonlar etibar olunub

Vüsalə RÜSTƏMOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda dövlət büdcəsinin xərcləmələrində iştirak etmiş 88 şirkət bir dəfəyə ləğv edilib. «Turan» İnformasiya Agentliyinin araşdırılmasına görə, bu şirkətlər hamısı bir nəfər tərəfindən idarə edilib və dövlət büdcəsinin vəsaitlərinin talan edilməsində fəal iştirak ediblər.

Əslində, dövlət büdcənin mənimsənilməsi ilə bağlı faktlar ilk dəfə deyil ki, təqdim edilir. Hətta Hesablama Palatasının hesabatlarında da korrupsiya faktları ilə bağlı məlumatlar yer alır. Lakin «Turan» İA budəfəki araşdırması kifayət qədər ilginc məqamlara toxunub. Belə ki, tədqiqat nəticəsində dövlət büdcəsinin vəsaitlərinin dövlət strukturları tərəfindən talan edilməsinin klassik mexanizimini aşkar edilib. Məlum olub ki, bu prosesdə bir günlük yaradılmış şirkətlər fəal iştirak edib. 

Ləğv edilən 88 şirkət Astara rayonunda doğulmuş iş adamı  R.R.S. tərəfindən 2013-cü ilin fevral-avqust aylarında yaradılıb. Sosial şəbəkələrdə olan profilinə əsasən deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecinin məzunu olan bu şəxs kifayət qədər təvazökar bir həyat tərzi sürür. Belə ki, 100-ə yaxın şirkət sahibi olan R.R.S. bahalı avtomobillərinin şəkillərini dostları ilə bölüşmür. Profel şəkilidə isə sadəcə yeni yağmış qarın üzərində uzanır…

Çox cüzi kapitalı (hər biri 10 manat) olan bu şirkətlər, demək olar olaraq bütün dövlət qurumlarının (Xarici İşlər Nazirliyi , Daxili İşlər, Təhsil , Səhiyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyaları Nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları, Milli Elmlər Akademiyasının və s. dövlət strukturlarının) tender və kotirovkalarında iştirak edib və dərhal onların qalibləri olub. «Turan»nın hesablamalarına görə, R.R.S.-in indi ləğv edilən şirkətləri dövlət sifarişləri üzrə ümumi məbləği 3 milyon 677 min 569,72 manat olan 115 müqavilədə iştirak edib. Lakin bu rəqəmin daha çox olması ehtimalı qaçılmazdır.  Həmin tenderlərin predmetinə xüsusi ixtisaslaşma tələb etməyən müxtəlif tədbirlərin təşkilindən tutmuş,  malların alınmasına və işlərin yerinə yetirilməsinə kimi bütün növ fəaliyyət növləri daxildir.  Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 min 866 manat məbləğində müqavilələr bağlayıb.

Adi kadr potensialı olmayan şəxs tərəfindən külli miqdarda dövlət vəsaitlərinin talan edilməsi barədə sadə faktları, nədənsə, nə tender komissiyaları, nə də ki, nəzarət edən strukturlar «görməyib».