Dövlət xəstəxanasında yeyinti
Baş həkim qovulub, digər günahkarlarsa töhmətlə xilas olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
3 ilə 22 faizi məhv olan qoruq
Hirkan meşəsi üzərindən də duman dağılacaq
-
TƏBİB tibb müəssisələrinin laboratoriyalarını yeniləyir
İnsan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb
-
“Şahdəniz” proqnozları üstələdi
İstehsalat planı 106,2 faiz yerinə yetirilib
-
Bahar yatağının gəliri 4 dəfədən çox olub
Amma bəzi quyularda hasilat gözləniləndən aşağıdır
-
Üç qurumdan səhiyyə açıqlaması
İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq
-
Səhiyyə Nazirliyində “zəlzələ”
4 müavin işdən çıxarıldı, 3-ünün yerinə təyinat var
-
«Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib»
Səhiyyə Nazirliyinin rəsmi məlumatı
-
Aralarında qadın və uşaqlar da var
Azərbaycanda 20 mindən çox alkoqolik qeydə alınıb
-
Şərifovla Rüstəmovun limiti
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
-
Hesablama Palatası ilə hesablaşmayanlar...
Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...
-
Psixotrop derman mafiyasına zərbə
Əczaçı həbs edildi, aptek müdiri axtarışa verildi
-
Hesablama Palatasına yeni səlahiyyətlər
Təzə qanun hazırlanır
-
«Müştərilərinin çoxu azyaşlılardır»
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
-
Tibb kursları və aldanan «tibb bacıları»
12 aya necə bilik əldə etmək olar?!
-
Şəmsəddin Hacıyevin günəşi sönür
Baş prokurorluq qaldırdığı cinayət işində deputatın adı hallanır, şəfəqin batdığı üfüqdə həbs təhlükəsi görünür
Azərbaycan Respublikası Hesablama Palatası Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasına ayrılan vəsaitlərin icrasının auditi aparılıb.
Anspress-in Hesablama Palatasının
2013-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə,
təqdim olunmuş məlumatlara əsasən, auditin əhatə etdiyi dövrdə xəstəxananın
xərclər smetaları vaxtında təsdiq olunub, xərclər smetasında nəzərdə tutulmuş
vəsaitlərin kassa xərcləri təsnifata uyğun olaraq aparılıb, xəstəxananın
şöbələrində dərman preparatlarının miqdar və məbləğ uçotu, mədaxil və gündəlik
dərman buraxılışı bu məqsədlər üçün nəzərdə tutulmuş kitablarda əks olunub,
ayın sonunda dərman preparatlarının mədaxil və məxaricinə dair hesabat tərtib
edilərək mühasibatlığa təqdim edilib, xərc əməliyyatları mühasibatlıqda olan
ilkin sənədlərə uyğun tərtib edilib, mühasibatlıqda aparılmış xərc
əməliyyatlarına təsdiqedici sənədlər əlavə olunub, aparılmış xərc
əməliyyatlarına müvafiq mühasibat yazılışları verilib, büdcə vəsaiti hesabına
alınmış əsas vəsaitlər, mal-material qiymətliləri və ərzaq məhsulları
vaxtlı-vaxtında tam məbləğdə mədaxil olunub, istismar müddətini başa vurmamış
əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların silinməsi hallarına yol
verilməyib, hər ilin sonunda təlimata uyğun olaraq inventarizasiya aparılıb və
inventarizasiyaların nəticələri müvafiq qaydada rəsmiləşdirilib.
Bununla yanaşı, audit tədbiri zamanı
normativ-hüquqi aktların tələblərinə tam riayət edilməməsi nəticəsində bəzi
nöqsanlara da yol verildiyi müəyyən edilib. Belə ki, 3 saylı Şəhər Klinik
Xəstəxanası tərəfindən ayrı-ayrı illərdə büdcə vəsaiti üzrə xərclərin proqnoz
layihələri hazırlanarkən müvafiq iqtisadi əsaslandırmaların və hesablamaların
tam aparılmaması nəticəsində bir sıra xərc maddələri üzrə icra faizi aşağı
olub, bir sıra xərc maddələri üzrə isə nəzərdə tutulmuş vəsaitlərdən istifadə
edilməyib. Auditlə əhatə olunan dövrdə malların (işlərin və xidmətlərin)
satınalınması zamanı bəzi hallarda normativ sənədlərin tələblərinə əməl
edilməyərək satın alınacaq mallar və satınalmalarda iddiaçı kimi iştirak etmiş
malgöndərənlər barədə zəruri məlumatların alınması təmin edilməyib, bəzi
hallarda tender iştirakçıları tərəfindən tenderdə iştirak haqqı ödənilməyib,
tenderin keçirilməsi ilə əlaqədar xərclər yalnız dövlət büdcəsi hesabına
ödənilib, normadan artıq ərzaq silgisinə yol verilib.
Xəstəxana üzrə büdcə ili üzrə tarifləşmə
siyahıları təsdiq olunmayıb, tarifləşmə siyahılarının düzgün tərtib olunmaması
nəticəsində auditlə əhatə olunan dövrdə şöbə müdirlərinə, həkim-laborantlara və
orta tibb işçilərinə, habelə xəstəxananın digər şöbələrinin orta tibb
işçilərinə, sanatoriya və kurort müalicəsində olduqları dövr üçün artıq əmək
haqqı ödənilib, xəstəxananın ərazisinin gün ərzində müvafiq qurum tərəfindən
mühafizə olunması ilə yanaşı, ştat cədvəlinə gözətçi ştatları daxil edilərək
əmək haqqı, xəstəxananın mühasiblərinə və Kadrlar şöbəsinin müfəttişlərinə
kompüterlə işlədiklərinə görə vəzifə maaşlarına düzgün olmayaraq əlavə, eləcə
də vakant vəzifələr hesabına əmək haqqı xərc maddəsi üzrə yaranmış qənaət
hesabına işçilərin əmək haqqına əlavə ödənilib. Vəzi əsas vəsaitlər və müxtəlif
mal-material qiymətliləri mədaxil olunmamış, mərkəzləşmiş mətbəxin anbarında,
xəstəxanadaxili aptekdə çatışmazlıq, xəstəxanadaxili aptekdə, xəstəxananın
böyük tibb bacılarının öhdəsində yararlılıq müddəti ötmüş dərman preparatları
müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası
auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan
qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata
keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim
edilməsi barədə Qərar qəbul etmiş, həmin Qərar icra üçün 3 saylı Şəhər Klinik
Xəstəxanasına və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.
Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə
məlumat verilib.
Aşkar olunmuş nöqsanların aradan
qaldırılması istiqamətində görülmüş tədbirlər barədə təqdim olunmuş məlumatda
dövlət büdcəsinə 48544,7 manat vəsaitin bərpa olunduğu, 64400,0 manat dəyərində
əsas vəsaitin, 167,3 min manat dəyərində mal-materialların uçota alındığı qeyd
edilib. Eyni zamanda, nöqsanlara yol vermiş 8 nəfər barəsində müvafiq intizam
tənbehi tədbirlərinin görüldüyü, o cümlədən baş mühasib, baş həkimin müavini,
sahə rəisi, sahə rəisinin müavini, pəhriz həkimi və əczaxananın müdirinə
şiddətli töhmət, pəhriz tibb bacısına və iqtisadçıya töhmət elan edildiyi
bildirilib.
Qeyd edək ki, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar 5 mayda KİV-də yer alıb. Bu vəzifə Fikrət Məmmədəli oğlu Zeynalova həvalə olunub.