vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
13:12 | 16 may 2014 | Cümə Məqaləyə 1402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəmi 5-6 ölkə var ki, ...»

«10 il əvvəl belə işlər görülmürdü»

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.

Ziyad Səmədzadə bildirib ki, Azərbaycan son illər ərzində borcu az olan ölkələr sırasında yer tutmağa çalışır: Regionlarda aparılan iqtisadi layihələr, açılan yeni iş yerlərindən də danışan komitə sədri qeyd edib ki, Azərbaycan regionlarında qaynar həyat hökm sürür və bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib:

«Təəccüblüdür ki, 10 il bundan qabaq belə işlər görülmürdü. 114 milyon manat satınalmalar üzrə vəsaitə qənaət edilib. Bu da onu göstərir ki, şəffaflıq istiqamətində xeyli işlər görülüb. Əgər dövlət büdcəsində 1 faiz əsaslı xərclərə qənaət etsək, bu, artıq 70 milyon manat deməkdir».

Z.Səmədzadə dövlət borclarının həcminin artması ilə bağlı iradlara da cavab verdi: «Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun».

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. O, dövlət büdcəsi xərcləri barədə millət vəkillərinə məlumat verib.

V.Gülməmmədovun çıxışından sonra maliyyə naziri Samir Şərifov «Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası qanununun layihəsindən danışıb.